Məhkəmə qərarları › İş №3(012)-8/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-8/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-8/2021 09.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Alıyev Abdulla Əlniyaz oğlunun və onun müdafiəçisi X3 oğlunun iştirakları ilə xx.xx.1977-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, Qobustan rayonu, Sara kəndində qeydiyyatda olan və “xxxx” MMC-nin rəhbəri Alıyev Abdulla Əlniyaz oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və ProbasiyaŞöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və ProbasiyaŞöbəsindən daxil olmuş 01.09.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, “xxxx” MMC-nin rəhbəri Şəxs Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-8(85)-334/2018 saylı, 20.08.2018-ci il tarixli icra sənədini icra etməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-8(85)-334/2018 saylı, 20.08.2018-ci il tarixli icra sənədinə əsasən “xxxx” MMC-dən 69574 manat pul vəsaitinin tutularaq “xxxx” MMC-yə ödənilməsi və “xxxx” MMC, onun “xxxx” MMC-nin anbarında saxladığı malları daşıması qərara alınmışdır. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, “xxxx” MMC-nin rəhbəri Şəxs oğlunun izahatı alınmışdır. Borclunun icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin rəhbəri Alıyev Abdulla Əlniyaz oğlunun müdafiəçisi X3 oğlu ərizə təqdim edərək bildirdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-8(85)-334/2018 saylı, 20.08.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında icra vərəqəsi verilmiş, həmin qiyabi qətnamənin ləğvinə dair Sumqayıt Kommersiya Məhkəməsinə ərizə verilmiş, prosessual müddət ötürüldüyü üçün ərizə geri qaytarılmışdır. Daha sonra o, buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinə göndərildiyi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-8(85)-334/2018 saylı, 20.08.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edildiyi üçün hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə zamanı müəyyən edildi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 8(85)-334/2018 saylı, 20.08.2018-ci il tarixli icra sənədinə əsasən “xxxx” MMC-dən 69574 manat pul vəsaitinin tutularaq “xxxx” MMC-yə ödənilməsi və “xxxx” MMC, onun “xxxx” MMC-nin anbarında saxladığı malları daşıması qərara alınmışdır. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, “xxxx” MMC-nin rəhbəri Şəxs oğlunun izahatı alınmışdır. Borclunun icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin rəhbəri Alıyev Abdulla Əlniyaz oğlunun müdafiəçisi X3 oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-8(85)-334/2018 saylı, 20.08.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında icra vərəqəsi verildiyini, həmin qiyabi qətnamənin ləğvinə dair Sumqayıt Kommersiya Məhkəməsinə ərizə versədə prosessual müddət ötürüldüyü üçün ərizənin geri qaytarıldığını, buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini Sumqayıt Kommersiya Məhkəməsinə göndərdiyini, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-8(85)-334/2018 saylı, 20.08.2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edildiyini bildirdiyi üçün məhkəmə Sumqayıt Kommersiya Məhkəməsinə sorğu göndərmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-8(85)-334/2018 saylı, 20.08.2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edildiyini müəyyən etmişdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Alıyev Abdulla Əlniyaz oğlu barəsində olan icra sənədi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-8(85)-334/2018 saylı, 20.08.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş, lakin hazırda həmin tarixli qiyabi qətnamə ləğv edildiy baxılması üçün məhkəmənin icraatında olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə olan halda, Alıyev Abdulla Əlniyaz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Alıyev Abdulla Əlniyaz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar