Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-80/2022 12.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞnin sahə rəisi, polis mayoru X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Soltan oğlunun iştirakları ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Kolyon” şirkətində sürücü işləyən, Xocalı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında 12 yanvar 2022-ci il tarixində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X9 izahatında göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə polis əməkdaşları xidmətdə olan zaman hərəkətdə olan “Toyota” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın qayda pozduğu üçün saxlanılmış və bu zaman sağ sərnişin oturacağında əyləşmiş vətəndaş Şəxs avtomaşından düşərək polis əməkdaşları ilə mübahisə edərək ünvansız söyüşlər söymüş polisin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Füzuli rayonunda aparılan abadlaşdıma işləri ilə əlaqadar orada yol təmir-tikinti işlərində işləyir. 11 yanvar 2022-ci il tarixdə Füzuli rayonundan iş yoldaşı X10 ilə birlikdə şirkətin mülkiyyətində olan “Toyota” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Abşeron rayonu, Masazır kəndinə gəlmişlər. “Masazır dairəsi” adlanan ərazidə olarkən polis əməkdaşları saxla işarəsi verərək onları saxlamışlar. Sürücü X1 polis əməkdaşlarına təqdim etmişdir. O, polis əməkdaşlarından qayda pozuntusuna dair video görüntünü təqdim etmələrini tələb etdikdə polis əməkdaşları onunla kobud şəkildə danışaraq oradan getmələrini tələb etmişlər. O, polis əməkdaşlarına onunla bu cür kobud formada rəftar etməmələrini bildirmiş, lakin polis əməkdaşları onunla kobud şəkildə davranmışlar. Bu zaman o, ünvansız söyüşlər söymüşdür. Sonda o, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Soltan oğlu hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazrliyinin Baş X15 Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün baş inspektoru, polis baş leytenantı X7 izahatında göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə xidmətdə olan zaman hərəkətdə olan “Toyota” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın qayda pozduğu üçün tərəfindən saxlanılmış və bu zaman sağ sərnişin oturacağında əyləşmiş vətəndaş Şəxs avtomaşından düşərək onlarla mübahisə etməyə başlamış və ünvansız söyüşlər söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar Şəxs nizamintizama dəvət etsələr də o, polisin qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, o da Füzuli rayonunda aparılan abadlaşdıma işləri ilə əlaqadar orada yol təmir-tikinti işlərində işləyir. 11 yanvar 2022-ci il tarixdə Füzuli rayonundan iş yoldaşı Şəxs ilə birlikdə şirkətin mülkiyyətində olan “Toyota” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Abşeron rayonu, Masazır kəndinə gəlmişlər. “Masazır dairəsi” adlanan ərazidə olarkən polis əməkdaşları saxla işarəsi verərək onları saxlamışlar. O, sənədlərini polis əməkdaşlarına təqdim etmişdir. Onlar polis əməkdaşlarından qayda pozuntusuna dair video görüntünü təqdim etmələrini tələb etdikdə polis əməkdaşları onlarla kobud şəkildə danışaraq Şəxs getməsini tələb etmişlər. Onlar, polis əməkdaşlarına onlarla bu cür kobud formada rəftar etməmələrini bildirmiş, lakin polis əməkdaşları onlarla kobud şəkildə rəftar etmişlər. X2 Rayon Polis İdarəsində vermiş olduğu yazılı izahatında isə göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “Kolyon” şirkətinin mülkiyyətində olan “Toyota” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masazır dairəsində işıqforun qadağanedici işığında keçdiyi üçün yol polisi tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona qayda pozuntusunu izah etdikdə o videogörüntü vermələrini istəmişdir. Daha sonra yanındakı sərnişin, iş yoldaşı Şəxs onların dialoquna müdaxilə edərək yol polisinə həmin görüntüləri təqdim etməsini tələb etmişdir. Bu zaman Şəxs polis əməkdaşlarının işinə müdaxilə etməməsi barədə xəbərdarlıq edilsə də o, buna məhəl qoymayaraq yenidən tələb etməyə və aqressiv şəkildə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsə də, lakin Şəxs öz hərəkətlərinə davam etmişdir. İş materiallarında olan MN ******* saylı, 11 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 11 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan AZA 013924 saylı, 11 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 yanvar 2022-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X5 tərəfindən verilmiş 51608 saylı vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X3 Xocalı şəhər şöbəsində üzv kimi qeydiyyatdadır. Həmin vəsiqə 31 dekabr 2025-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Ağdam rayonundan məcburi köçkün və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X3 Xocalı şəhər şöbəsində üzv kimi qeydiyyatda olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Şəxs 11 yanvar 2022-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulduğundan və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən o, dərhal məhkəmə zalından azad edilməlidir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Soltan oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki) yüz manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Soltan oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-80/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-80/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver