Məhkəmə qərarları › İş №3(012)-800/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-800/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-800/2023 26.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli və 06 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli və 06 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Kamran Səxavət tərəfindən “Ceyranbatan qəsəbəsi ərazisində tullantıların ətrafa atılması, ətraf mühitin çirklənməsi nəticəsində həyat və sağlamlıq üçün təhlükə yaranması” barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ünvanına şikayət daxil olmuş və icra olunması üçün İdarəyə göndərilmiş 90 saylı xx.xx.2022-ci il tarixli müraciətlə əlaqədar idarə əməkdaşları tərəfindən yerində araşdırma aparılmışdır. 25 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Asəf Bayramov və Rafiq Quliyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində formalaşan məişət tullantılarının idarə olunması Ceyranbatan MTİ İTS tərəfindən düzgün təşkil olunmadığından məişət tullantıları qəsəbə ərazisində ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq qalaqlanması müəyyən edilmiş, bunula bağlı akt tərtib edilmişdir. Həmin akta əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş müfəttişi X6 MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin 05 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* qərarı ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində formalaşan məişət tullantılarının idarə olunması Ceyranbatan MTİ İTS tərəfindən düzgün təşkil olunmadığından məişət tullantıları qəsəbə ərazisində ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq qalaqlanması faktına görə o, Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti ona gəlib çatmamış, həmin qərardan yalnız 2023-cü ilin mart ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən onunla telefon vasitəsilə əlaqə saxladıqları zaman məlumatı olmuşdur. Qərardan xəbəri olmadığından cərimə məbləğinin üzərinə 1200 manat məbləğində dəbbə borcu yığılmışdır. Bildirir ki, xx.xx.2022-ci il tarixdə xidmət göstərdiyi Ceyranbatan qəsəbəsində məişət tullantılarını daşıyan kamazda nasazlıq baş vermiş, bu səbəbdən saat 13:00 qədər maşının təmiri ilə məşğul olmuşlar. Təmirdən dərhal sonra işçilərlə birlikdə ərazini qısa müddət ərzində təmizləmişlər. X10 bu hadisənin şahidi olmuş və kamazın dəyişilməli olan hissələrinin şəkilini çəkərək idarəyə verəcəyini bildirmişdir. Onu da qeyd edir ki, Ceyranbatan qəsəbəsi ərazisində məişət tullantılarının tullantı poliqonuna daşınmasını Ceyranbatan MTİ İTS, yeni məhəllədə isə Ceyranbatan Bələdiyyəsi həyata keçirir. İkinci dəfə isə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin 06 fevral 2023-cü il tarixli MN seriyalı ******* saylı qərarı ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində formalaşan məişət tullantılarının qəsəbə ərazisində ətraf mühitin mühafizəsi tələbərinə zidd olaraq qalaqlanması faktına görə o, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Lakin protokol tərtib olunan zaman idarənin kamazı ərazidə təmizlik işləri ilə məşğul idi. Ona görə də, qəbul edilmiş hər iki qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qəbul edilmiş hər iki qərar tamamilə əsassızdır. Belə ki, o, Ceyranbatan MTİ İTSdə işləyir və həmin qərarlar heç bir araşdırma aparılmadan vəzifəli şəxs kimi onun barəsində qəbul edilməsi qanunsuzdur. Ona görə də, şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 şikayətin əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində formalaşan məişət tullantılarının idarə olunması Ceyranbatan MTİ İTŞ tərəfindən düzgün təşkil olunmadığından tullantıları qəsəbə ərazisində ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq pərakəndə şəkildə qalaqlanmışdır. Bu səbəbdən X3 Azərbaycan Respublikası İXMnin 271-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə edilmişdir. 06 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində formalaşan məişət tullantılarının idarə olunması düzgün təşkil olunmadığından məişət tullantıları qəsəbə ərazisində ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq qalaqlanmışdır. Bu səbəbdən X3 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayətçinin və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edilmişdir ki, X3 barəsində qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı və 06 fevral 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarlarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı və 06 fevral 2023cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X3 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli və 06 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar