Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-801/2023 10.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Səfiyeva Cəmilə İbrahim qızının, Məhkəmə iclas katibi X1, "xxxx" MMC-nin nümayəndəsi X5 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərardan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 üzrə X4 Xidmətinin Abşeron xızı şöbəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması və qərar qəbul edilməsi düzgün deyil. Belə ki, iş materiallarından göründüyü kimi barəsində şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı X2 barəsində verilmişdir.Həmin qərardan X3 və ya onun səlahiyyətli nümayəndəsi şikayət verməli olduğu halda, buna səlahiyyəti olmayan "xxxx" MMC-nin nümayəndəsi X5 tərəfindən qeyd edilən qərardan şikayət verilmişdir. Azərbaycan Respublikası İXM-nin 64.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. 64.2. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər] Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: AZRİB» MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayət geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyatı məhkəməyə müraciət etmək olar Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-801/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-801/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver