Məhkəmə qərarları › İş №3(012)-803/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-803/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-803/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, RPİ-də qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə yaşayan ***-***-**-** Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Qobu PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin Qobu PB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Qobu PB-nin polis sahə rəisi X4 bildirdi ki, 30.03.2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə Şəxs arasında şəxsi münasibətləri zəmnində mübahisə baş vermiş və mübahisə zamanı sonuncu sillə ilə bir dəfə Zərərçəkmiş şəxs vurmaqla, ona döş qəfəsinin və sağ sağrı nahiyəsinin qançırları müşayiət olunan, sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, 2 ay olar ki, "xxxx" MMC-də paketləmə üzrə usta vəzifəsində çalışdığını, Kəmalənin də 6-7 ay olarki, həmin MMC-də fəhlə kimi çalışdığını qeyd etdi. 30.03.2022-ci il tarixdə saat 15 radələrində iş vaxtı Kəmalənin iş görmədiyini bilib ona iradını bildirmiş və həmin vaxt onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Kəmalənin onu söyüb təhqir etməyə başladığını və bundan sonra növbə rəisinin bu barədə rəhbərliyə məlumat vermişdir. Həmin vaxt ona rəhbərliyin onu və Kəmaləni işdən kənarlaşdırıldığı bildirilmişdir. Kəmalənin işə gələn gündən problemli qadın kimi tanıdığını və bu barədə orada olan işçilərində məlumatları olmuşdur. Bundan 2-3 gün sonra ona məlum olmuşdur ki, növbə rəisi Kəmalənin malları düzgün yığmadığını görüb, ona iradını bildirmiş, həmin vaxt Kəmalə onunla mübahisə edərək işləmək istəmədiyini bildirərək polisə müraciət edəcəyini bildirmişdir. Aralarında baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, orada kənar şəxslərin olduğunu, mübahisə zamanı Kəmaləyə qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini, Kəmalənin dediklərinin şər və böhtan olduğunu qeyd etmişdir. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 7 aydır ki, həmin MMC-də fəhlə kimi işləyir. 30.03.2022-ci il tarixdə saat 15 radələrində işdə olarkən, Dəyanətlə aralarında iş üstündə mübahisə yaranmış və həmin vaxt Dəyanətin arxadan onun başından sillə ilə vurduğu barədə məlıumat vermişdir. Bundan sonra Dəyanətə iradını bildirdiyini və Dəyanətlə mübahisələrinin davam etdiyini və Dəyanətin yenə də onu əli ilə vurduğunu qeyd etdi. O, da bundan sonra Xırdalan TTYS-na gedərək xəsarət alması barədə məlumat vermiş, baş vermiş mübahisə zamanı yanlarında başqa şəxslərin olduğunu, mübahisənin 5-10 dəqiqə davam etdiyini göstərdi. Sonda o, Şəxs barəsində qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 14.04.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 14.04.2022-ci il tarixli, 638 saylı rəyindən görünür ki, 1974-cü il təvəllüdlü uyeva Kəmalə Atlıxan qızının məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin kvə sağ sağrı nahiyəsinin qançırları, küt əşya (əşyalar) təsirindən müayinədən 4-6 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən yəni 30.03.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar