Məhkəmə qərarları › İş №3(012)-805/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-805/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-805/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 18 11. 1979-cu il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəbrayıl şəhərində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan Mexkolon” ərazisində yaşayan (mobil telefon: 050 869 9879) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, fiziki şəxs Şəxs (FİN-xxxxxxx) Biləsuvar rayonunda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin feldşer-laborantı işlədiyi zaman, 2018-ci ilin iyul-noyabr ayında faktiki olaraq işə gəlmədiyi, yəni üzərinə düşən işləri və heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda, əmək haqqı kartına köçürülmüş 414.11 manat pul vəsaitini, ona etibar edilmiş dövlət əmlakını mənimsəmə yolu ilə talayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilərək göstərdi ki, 2018-ci ilin iyul ayından həmin ilin noyabr ayına qədər olan müddət ərzində faktiki olaraq işə gəlməmiş, üzərinə düşən işləri və heç bir əmək funksiyasını yerinə yetirməmiş, qeyd edilən pul vəsaiti onun hesabına köçürülmüşdür. O, pula ehtiyacı olması səbəbindən qeyd olunan inzibati xətanı törətdiyini, etdiyi əməldən peşman olduğunu və belə halların bir daha baş verməsinə yol verməyəcəyini bildirdi. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb müəyyən etdi ki, fiziki şəxs Şəxs (FİN-xxxxxxx) Biləsuvar rayonunda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin feldşer-laborantı işlədiyi zaman, 2018-ci ilin iyul-noyabr aylarında faktiki olaraq işə gəlmədiyi, yəni üzərinə düşən işləri və heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda, əmək haqqı kartına köçürülmüş 414.11 manat pul vəsaitini, ona etibar edilmiş dövlət əmlakını mənimsəmə yolu ilə talayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətmişdir. Onun xırda talama inzibati xətasını törətməsi iş materiallarında olan X3, Şəxs və qismən mərkəzin mühasibi X2 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə verdiyi ifadələrlə, Şəxs əmək haqq cədvəlindən çıxarış və digər sübutlarla təsdiq olunur. Şəxsda məhkəmə iclasında verdiyi ifadəsindədə göstərmişdir ki, 2018-ci ilin iyul ayından həmin ilin noyabr ayına qədər olan müddət ərzində faktiki olaraq işə gəlmədiyi, üzərinə düşən işləri və heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda qeyd edilən pul vəsaiti onun hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməldən səmimi peşman olması və Cəbrayıl rayonundan məcburi köçkün kimi Xırdalan şəhəri, “Xırdalan Mexkolon” ərazisində məskunlaşması onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməli, İnzibati Xətalar Məcəlləsinin 28.3-1 maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Onun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar