Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-806/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, “Şəhriyar-99” firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-i Sumqayıt Regional Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-i Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş MN ******* saylı, 17.05.2022-ci il tarixli protokola əsasən material daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəhriyar-99” firması barəsində inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 100.3.-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iş materiallarına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş MN ******* saylı, 17.05.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surəti əlavə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmadan və işin hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə məhkəmədə baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Şəhriyar-99” firmasının Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* saylı, 17.05.2022-ci il tarixli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-i Sumqayıt Regional Ərazi Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-806/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-806/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver