Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-807/2022 30.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi ilə, protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, «MİLAN-A” MMC-in barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 447.0.4, 538-1.1, 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «MİLAN-A” MMC Azərbaycan Respublikası İXM-in 447.0.4, 538-1.1, 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, «MİLAN-A” MMC-də xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması: bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin edilmiş, sahibkarlıq fəaliyyətinə dair məcburi tələb olunan əlvan metal, qara metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların uyğunluq sertifikartının, idxal, ixrac və alqı-satqı obyekti olan tullantıların uyğunluq sertifikatının, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə ölçmələri aparan sahibkarlıq subyektinin laboratoriyasının akkreditəsiya attestatının olub olmaması, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin olub olmaması, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrininin və digər ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikartın, istehsalda istifadə olunan xammalın və satılan metal məmulatlarının uyğunluq sertifikartın olub olmaması yoxlanılarkən, yalnız 06 tələbdən - istehsalda istifadə olunan xammalın və satılan metal məmulatlarının uyğunluq sertifikartının olduğu digər tələblərə isə əməl edilmədiyi müəyyən olunmuşdur. Bununla da, «MİLAN-A” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4, 538-1.1, 538.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Xidmətinin nümayəndəsi X5 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icazəsi ilə xx.xx.2021-ci il tarixədə "xxxx" MMC-də insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması: bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi vəziyyətinin yoxlanılması üçün yoxlayıcı şəxslər - X4 (Məsləhətçi), X1 (Aparcı məsləhətçi) X2 (Böyük metroloq) iştirakı ilə plandankənar (növbədənkənar) yoxlama təyin edilmiş, sahibkarlıq fəaliyyətinə dair məcburi tələb olunan əlvan metal, qara metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların uyğunluq sertifikartının, idxal, ixrac və alqı-satqı obyekti olan tullantıların uyğunluq sertifikatının, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə ölçmələri aparan sahibkarlıq subyektinin laboratoriyasının akkreditəsiya attestatının olub olmaması, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin olub olmaması, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrininin və digər ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikartın, istehsalda istifadə olunan xammalın və satılan metal məmulatlarının uyğunluq sertifikartın olub olmaması yoxlanılarkən, yalnız 06 tələbdən - istehsalda istifadə olunan xammalın və satılan metal məmulatlarının uyğunluq sertifikartının olduğu digər tələblərə isə əməl edilmədiyi müəyyən olunmuş, bu barədə akt, aktın əsasında isə xx.xx.2021-ci il tarixli, 0004235/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 3(012)-1039/2021 saylı qərarına əsasən "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4,5381.1 və 538.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(105)-208/2022 saylı qərarı ilə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 3(012)-1039/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə yeni məhkəmə baxışına göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı «MİLAN-A” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4, 538-1.1, 538.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edlilmişdir. Belə ki, “Yeyinti məhsulları haqqında ”Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qida təhlükəsizliyi sertifikatının alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1. 1 -ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi-malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. 1.1. 2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyaqurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. 1.1. 3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum-malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. 1.1. 6-cı maddəsinə əsasən akkreditasiya attestatı-uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənədidir. 8.1 -ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. Göründüyü kimi «MİLAN-A” MMC tərəfindən xx.xx.2021-ci il tarixədə sahibkarlıq fəaliyyətinə dair məcburi tələb olunan əlvan metal, qara metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların uyğunluq sertifikartının, idxal, ixrac və alqı-satqı obyekti olan tullantıların uyğunluq sertifikatının, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə ölçmələri aparan sahibkarlıq subyektinin laboratoriyasının akkreditəsiya attestatının olub olmaması, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin olub olmaması, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrininin və digər ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikartın, istehsalda istifadə olunan xammalın və satılan metal məmulatlarının uyğunluq sertifikartın olub olmaması yoxlanılarkən, yalnız 06 tələbdən - istehsalda istifadə olunan xammalın və satılan metal məmulatlarının uyğunluq sertifikartının olduğu digər tələblərə isə əməl edilməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib hüquqi qiymət verərək hesab edir ki, «MİLAN-A” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4, 538-1.1, 538.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. "Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl nə uzanan nə də davam edən əməl deyildir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və "Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biri-birindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 3 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxil deyildir. Hazırkı iş üzrə «MİLAN-A” MMC-in inzibati xətanı törətməsi faktı xx.xx.2021-ci il tarixdə aşkar edilmişdir. Hazırki halda inzibati xətanın törədilməsi xx.xx.2021-ci il tarixə düşür. Göründüyü kimi, «MİLAN-A” MMC tərəfindən inzibati xətanın törədildiyi gündən (xx.xx.2021-ci il) üç aydan artıq müddət keçmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, «MİLAN-A” MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «MİLAN-A” MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-807/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-807/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver