Məhkəmə qərarları › İş №3(012)-808/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-808/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-808/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, YAT-14, Bakı küçəsi, məhlə 41-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 17.05.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayon Polis İdarəsində xidmətdə olarkən polis əməkdaşı X1 nalayiq söyüşlərlə təhqir etmiş, səs-küy salaraq polisin qanuni göstərişlərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis kapitanı X4 izahatında göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X2 tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs 17.05.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayon Polis İdarəsində xidmətdə olarkən polis əməkdaşı X1 nalayiq söyüşlərlə təhqir etmiş, səs-küy salaraq polisin qanuni göstərişlərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 17.05.2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə şəxsiyyətini təsdiq edən sənədi götürmək üçün gəlmişdir. Mircəfər Qənbərovdan 03 ay ərzində vəsiqəsinin geri qaytarılmasını xahiş etmsinə baxmayaraq hər dəfə bir bəhanə ilə şəxsiyyətini təsdiq edən sənəd verilməmişdir. Buna görə də polis əməkdaşı ilə arasında mübahisə yaranmışdır. Hal-hazırda törətdiyi əməldən peşmançılıq çəkir və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 22.06.2020-ci il tarixli, AZA 013981 saylı protokoldan görünür ki, Şəxs 17.05.2021-ci il tarixdə, saat 19:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Sumqayıt şəhər üzrə İcra İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar