Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-808/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibliyi Həsənli Saatın Etibar qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Şəxs nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Şəxs barəsində tərtib edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh Əzizov protokolu müdafiə edərək, bidirdi ki, 19 mart 2024-cü il tarixdə Abşeron rayonu, Şamaxı şossesinin, 15-ci km-də yerləşən "xxxx" MTK-ya məxsus ərazidə mövcud olmuş köküstəyaş 9 ədəd ağacın və 4 ədəd köküstəquru ağacın MTK-ya məxsus boş əraziyə köçürülməsi faktı müəyyən edilmiş, həmin tarixdə bu barədə akt tərtib edilmişdir. Aktın məzmunundan və işdə olan sənədlərdən görünür ki, "xxxx" MTK-nın sədri tərəfindən ağacların yerinin dəyişdirilməsi ilə bağlı müraciət olunmuş, müraciətə müsbət cavab verilməmişdir. Bundan sonra ağacların başqa əraziyə köçürülməsi prosesi MTK-a tərəfindən icazəsiz həyata keçirilmişdir. Bununla da "xxxx" MTK tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrinin tələbləri pozularaq inzibati xəta hadisəsi törədilmişdir. "xxxx" MTK barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Vəkil inzibati xəta ilə bağlı tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, qeyd olunan inzibati xəta haqqında protokolun "xxxx"MTK barəsində tərtib edilməsi əsassız və qanunsuzdur. Belə ki, Şəxs 2014-cü il tarixdən fəaliyyət göstərir. Həmin ərazidə iki torpaq sahəsi 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,49 ha yaşayış məntəqələrinin torpaq sahəsi müvcuddur, lakin tikintilər məhz 0,49 ha torpaq sahəsi üzərində aparılır. İcra Hakimiyyətinin 2014-cü il tarixli sərəncamına əsasən 4 yaşayış binası və 4 mərtəbəli qeyriyaşayış obyektinin tikintisinə icazə verilmişdir. Həmin torpağın mükiyyətçisi ilə Şəxs arasında birgə təsərrüfat fəaliyyəti aparılması haqqında müqaviləyə əsasən məhz 0,49 ha torpaq sahəsinin üzərində kompleksin aparılmasına icazə verilmişdir. X4 Agentliyinin 2015-ci il tarixli rəyindən də görünür ki, 0,49 ha torpaq sahəsi istifadə olunmamış yaşıllıqlardan azaddır və tikilələr də məhz 0,49 ha torpaq sahəsi üzərindədir. xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışdan da görünür ki, 0.610 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Tikinti işlərini daha da genişləndirmək üçün mülkiyyətçiyə torpaq sahəsində tikinti işlərinin aparılması barədə müraciət edilmiş, həmin ərəfədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə tikintiyə icazə ilə bağlı həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də ağacların yerinin dəyişdirilməsi ilə bağlı müraciət edilmişdir, lakin DƏDRX-nin müraciətə cavabına əsasən məlum olmuşdur ki, 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan onun üzərində tikinti aparılması qanunla qadağan olmuşdur. Onu da əlavə etmişdir ki, həmin torpaq sahəsi kənd təsətüfatı təyinatlı olduğu üçün həmin ərazidə tikinti işlərinin aparılması qanunla yolverilən olmadığı üçün həmin torpaq sahəsi barədə torpağın mükiyyətçisi ilə Şəxs arasında birgə təsərrüfat fəaliyyəti aparılması haqqında müqavilə bağlanmamışdır. Ona görə də həmin tprpaq sahəsinin, yəni ağacların köçürülməsi iddia edilən torpaq sahəsinin Şəxs MTK-ya aidiyatı olmadığı, yəni ağacların köçürülməsində maraqlı olmadığı üçün bu köçürülmənin MTK tərəfindən həyata keçirilmiş olması reallığı əks etdirmir, inandırıcı deyildir. Hesab edir ki, həmin ağacların köçürülməsinin Şəxs tərəfindən icra edilməsi ilə bağlı fikirin formalaşmasına səbəb kooperativ tərəfindən öncədən edilmiş müraciət olmuşdur. Lakin həmin ərazinin Kooperativ üçün yararlı olmaması diqqətə alınmamışdır. Başqa şəxsə məxsus torpaq sahəsindən ağacların yerinin köcürülməsi "xxxx" MTK-nın maraqlarına xidmət edə bilməzdi. Qeyd olunanlara əsasən inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 001 saylı aktından görünür ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərinə riayət olunmasının araşdıırlması məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesinin, 15-ci km-də (yolun sol tərəfində) yerləşən "xxxx" MTK-ya məxsus ərazidəki yaşıllıqların MTK-ya məxsus ərazidəki boş sahəyə köçürülməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı 4 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə mane olan şam ağaclarının köçürülməsinə köməklik göstərilməsi ilə bağlı Şəxs MTK-nin sədri Cavid Əliyev tərəfindən xx.xx.2023-cü il tarixli, 52 №-li məktubla Abşeron rayonu İcra Hakimiyyətinə müraciət olunduğu və Abşeron RİH-də öz növbəsində xx.xx.2023-cü il tarixli, 5-29/1-3000/2023 sayı məktubla Nazirliyin X4 Agentliyinə müraciət etdiyi müəyyən edilmişdir. DEEA-nın ərazinin mövud vəziyyəti ilə bağlı idarəyə ünvanladığı xx.xx.2023-cü il tarixli, müraciət əsasında xx.xx.2023-cü il tarixdə 228 sayı baxış aktı tərtib edilərək, müvafiq rəy verilməsi üçün DEEA-ya göndərilmiş və Agentlik xx.xx.2023-cü il tarixli, ER- 22/1666-y saylı ekoloji rəyi ilə sözügedən yaşıllıqların qorunması və mühafizə edilməsi məqsədi ilə tikinti layihəsində dəyişikliklər edilməsi tövsiyyə edilmişdir. Lakin Şəxs tərəfindən edilən tövsiyyələr riayət edilməyərək, ərazidə mövcud olmuş tikintilərə düşən köküstə yaş halda diametrləri 17, 18, 19, 20, 24 sm olan 8 ədəd şam ağacı və diamentri 12 sm olan 1 ədəd ağacın MTK-ya məsus tikinti sahəsinin kənarına köçürüldüyü, diametrləri 18-22 sm olan 4 ədəd köküstü quru vəziyyətdə olan şam ağacının isə götürüldüyü müəyyən edilmişdir. Eyni zamanda köçürülmüş ağacların arasına 10 ədəd yeni sərv ağacı əkildiyi müəyyən edilmişdir. Baxış zamanı köçürülmüş ağacların və yeni tikilmiş tikilinin bioloji inkişafda olduğu və onlara aqrotexniki qulluğun göstərildiyi müəyyən edilmişdir. Bununla da, Şəxs tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2024-cü il tarixli, inzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, Şəxs yaşıllıaqların köçürülməsi faktı ilə başlanılmış inzibati araşdırma ilə əlaqədar Şəxs nümayəndəsi qismində 02 aprel 2024-cü il tarixdə saat 10:00da İdarəsinə çağırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 aprel 2024-cü il tarixli, inzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, Şəxs yaşıllıaqların köçürülməsi faktı ilə başlanılmış inzibati araşdırma ilə əlaqədar Şəxs nümayəndəsi qismində 16 aprel 2024-cü il tarixdə saat 10:00da İdarəsinə çağırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-14-43-/2-307/2024 saylı məktubuna əsasən hüquqi şəxs Şəxsbarəsində tərtib edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* saylı protokol baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Şəxs ilə X5 arasında bağlanmış 17 dekabr 2014-cü il tarixli birgə fəaliyyət müqaviləsinə əsasən X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 15-ci kilometrliyində yerləşən 0,49702 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarından ibarət əmlak kompleksinin tikintisini və bu zaman əmələ gələn hüququ və vəzifələri Şəxsnə həvalə etmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 618 №-li sərəncamına əsasən Şəxs tərəfindən birgə fəaliyyət haqqında müqaviləyə əsasən X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 055916 saylı çıxarış ilə məxsus, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin qərb tərəfində yerləşən 0,49702 ha torpaq sahəsində 4 girişli, 16 mərtəbəli yaşayış binalarının və 4 mərtəbəli qeyri-yaşayış obyektlərinin layihələndirilməsinə və tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 avqust 2015-ci il tarixli ER-15/969 №-li rəyinə əsasən tikinti işləri məhz Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 15-ci kilometrliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, RX seriyalı, 055916 saylı çıxarışına əsasən Şəxs Mənzil Tikinti Kooperativnin təsisçilərindən biri X2 məxsus ümumi sahəsi 0,49702 ha olan ərazidə yerinə yetiriləcəkdir. Ərazi yaşayış məntəqələri təyinatlı torpaq sahələrinə aid olmaqla sahibkarlıq məqsədləri üçün ayrılmışdır. Ərazi əvvələr digər tikinti məqsədləri üçün istifadə olunmamış, ərazi yaşıllıqlardan azaddır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsini və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsini dinləyərək hesab edir ki, inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə ilkin olaraq inzibati xəta hadisəsi daha sonra inzibati xəta törətmiş şəxs və şəxsin təqsiri müəyyən edilməli, bu hallar sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 253-1.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibiin bütün digər əlamətlərni daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol natamam araşdırılma aparılmaqla tərtib ediliş, inzibati xətanın Şəxs maraqları üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunan şəxslər tərəfindən törədilməsi barədə mötəbər sübutlar əldə edilməmişdir. Belə ki, Şəxs ilə X5 arasında bağlanmış 17 dekabr 2014-cü il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 15-ci km-də yerləşən 0,49702 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarından ibarət əmlak kompleksinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 11 avqust 2015-ci il tarixli verilmiş rəyi ilə tikinti aparılması icazə verilən torpaq sahəsi yaşayış məntəqəli torpaq sahəsinə aid olmaqla sahibkarlıq məqsədləri üçün ayrılaraq, yaşıllıqlardan azad olunmuşdur. "xxxx" MTK-nin mülkiyətində o cümlədən sahibliyində və ya istifadəsində olmayan torpaq sahəsindən ağacların yerinin MTK tərəfindən dəyişdirilməsi iddia edilsə də, həmin işin kim tərəfindən, kimin sərəncam və göstərişi ilə icra edilməsi müəyyənləşirilməmiş, inzibati xətanı törətmiş fiziki və ya vəzifəli şəxs məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Məhkəmə iş materiallarında toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hüquqi şəxsin inzibati xəta törədilməsinə aidiyyəti sübut olunmadığından iş üzrə icraata xitam verilməli, inzibati xəta hadisəsinin törədilməsində təqsirli olan şəxs və ya şəxslər müəyyən edilib məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər həyata keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 49-51, 114-115, 117,129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsinin törədilməsinə aidiyyəti sübut olunmadığından xitam verilsin. Inzibati xəta hadisəsinin törədilməsində təqsirli olan şəxs və ya şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər həyata keçirilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-808/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-808/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver