Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-808/2025 15.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsindən daxil olmuş İXM-nin 327.8 və 327.1-ci maddələri üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Chevrolet Cobalt LTZ” minik, markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan yolunun Abşeron rayonu ərazisindən keçən Bakı Quba yolunun 11-ci kilometrliyində rayon istiqamətində hərəkətdə olarkən, qarşısında eyni istiqamətdə olan “Vaz-21043” markalı, **- XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Ekologiya YPX inspektoru polis baş serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs idarə etdiyi “Chevrolet Cobalt LTZ” minik, markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində gedərkən, saat 20:00 radələrində Bakı-Quba-Dağıstan yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermiş və o, yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda Şəxs şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində protokol tərtib olunan şəxsin ünvanına bildiriş göndərilmiş, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün, zərərçəkən şəxsin izahatı və işin materialları ilə tam sübuta yetirilir. Ona görə də onun barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Bİ və YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material BDYİ-nin YPXA-na göndərilməsi qərara alınmışdır. Həmçinin, həmin qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 xx.xx.2025-ci il tarixli 199 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-burun sümüyünün minimal yerdəyişən sınığı ilə müşayiət olunan, burun nahiyyəsinin qançırı, sağ baldır nahiyyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Chevrolet Cobalt LTZ” minik, markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrliyində rayon istiqamətində hərəkətdə olarkən, qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan “Vaz-21043” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin alması ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Abşeron Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Abşeron Rayon Polis İdarəsinə göndərilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-808/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-808/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver