Məhkəmə qərarları › İş №3(012)-810/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-810/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-810/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1985-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5031/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən 16 may 2006-ci il tarixli alqı-satqı müqavilısinə əsasən satdığı 3 ha torpaq sahəsini naturada bölmək, bölgü eksizini tərtib edərək notariat qaydasında təsdiq etdirməklə iddiaçılar X5 və Zərərçəkmiş şəxs təqdim etmək öhdəliyi Şəxs üzərinə qoyulmuşdur. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hal-hazırda Abşeron Rayon Məhkəməsinin 2(012)-5031/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən 16 may 2006-ci il tarixli alqı-satqı müqavilısinə əsasən satdığı 3 ha torpaq sahəsini naturada bölmək, bölgü eksizini tərtib edərək notariat qaydasında təsdiq etdirmək onun öhdəliyindədir. O, torpaq sahəsini X4, Rəna isə həmin torpaq sahəsini Zərərçəkmiş şəxs satmışdır. İcra sənədini icra etməkdən boyun qaçırmır. Belə ki, torpaq sahəsi naturada yerində mövcuddur, lakin sözügedən torpaq sahəsinin 0,70 ha hissəsi başqa şəxs tərəfindən hasarlanaraq zəbt edilmişdir, həmin sahənin boşaldılmasını isə tələbkar tələb edə bilər, bu barədə onun tələbkar tərəfə hər hansı maneçiliyi yoxdur. Eskiz layihəsinin hazırlanması isə onun yox, DƏDRX-nin səlahiyyətinə aiddir. Odur ki, hər hansı təqsirinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5031/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən 16 may 2006-ci il tarixli alqı-satqı müqavilısinə əsasən satdığı 3 ha torpaq sahəsini naturada bölmək, bölgü eksizini tərtib edərək notariat qaydasında təsdiq etdirmək Şəxs üzərindədir. O, icra sənədini icra etmir. İcra sənədini icra etməməsinin səbəbi odur ki, DƏDRX-nin əməkdaşları eskiz layihəsini çəkmək istəsələr də, həmin torpaq sahəsinin 70 kv.m hissəsi daş hasara alındığından bunu edə bilmirlər. Onu da qeyd edir ki, mübahisəli torpaq sahəsini X2 almışdır. Alqı-satqı zamanı torpaq sahəsi boş sahə olmuş, daş hasar sonradan çəkilmişdir. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-5031/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən 16 may 2006-ci il tarixli alqı-satqı müqavilısinə əsasən satdığı 3 ha torpaq sahəsini naturada bölmək, bölgü eksizini tərtib edərək notariat qaydasında təsdiq etdirməklə iddiaçılar X5 və Zərərçəkmiş şəxs təqdim etmək öhdəliyi Şəxs üzərinə qoyulmuşdur. İş üzrə ödənilmiş 10 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra Probasiya şöbəsinin icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar Abşeron Rayon Məhkəməsinin 2(012)- 5031/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun vəkilini, protokolu tərtib etmiş şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, tərəflərin, o cümlədən tələbkarı özünün izahatından göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin 2(012)-5031/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icra edilməsinə borclu Şəxs maneçiliyi olmamışdır. Mübahisəli torpaq sahəsi naturada yerində mövcuddur. Torpaq sahəsinin demələrini görə daş hasara alınan 70 kv.m hissəsinin borclu Şəxs aidiyyatı təsdiq olunmur. Tələbkarın izahatından da göründüyü kimi həmin daş hasar torpaq sahəsini o, X2 alanda mövcud olmamış, sonradan tikilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5031/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi əlaqədar icra borlu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi məhkəmədə sübuta yetirilməmişdir. Odur ki, hesab edirəm ki, onun əməlində İXM-nin 528.1 maddəsinin tərkib hissəsi mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Tələbkar Zərərçəkmiş şəxs isə hazırkı halda mübahisəli torpaq sahəsinin boşaldılması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Tələbkar Zərərçəkmiş şəxs isə hazırkı halda mübahisəli torpaq sahəsinin boşaldılması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ izah olunsun. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar