Məhkəmə qərarları › İş №3(012)-811/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-811/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-811/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X1nun və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.09.2019-cu il tarixli, MN ******* saylı qərarından X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tənbeh edilərək 3000 manat məbləğində cərimə edilməsinə dair 06.09.2019-cu il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2019-cu il tarixli MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş 06.09.2019-cu il tarixli, MN ******* saylı qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati qaydada 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 həmin qərardan Abşeron rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-811/2021 saylı, 03 iyun 2021-ci il tarixli qərarı X3 Azərbaycan Respublikası İXM-in 541-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat inzibati cərimə tətbiq edilməsinə dair 04 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsinin 21.08.2019cu il tarixli MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş 06.09.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. (hakim Vaqif Həsənov). Abşeron Rayon Məhkəməsinin 3(012)-811/2021 saylı, 03 iyun 2021-ci il tarixli qərarı qərarından 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fərid Piriyev apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qərarın ləğv edilməsi və 4 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsinin 06.09.2019-cu il tarixli, MN ******* saylı qərarın qüvvədə saxlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 3(105)-505/2021 saylı qərarına əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 Azərbaycan Respublikası İXMnin 541-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsi barədə MN № ******* saylı, 06 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 3(012)-811/2021 saylı 03 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi, inzibati materialın yenidən baxılması üçün Abşeron rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. X1 şikayətini onunla əsaslandırmışdır ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 21 saylı binanın qarşısındakı ərazidə kəsilərək ərazidən kənarlaşdırılan kökü yaş halda ağacın əvəzinə yaşıllıq sahəsində 05 ədəd həmişəyaşıl ağacın əkilməməsi təmin olunmaması aşkarlandığına görə 21.08.2019-cu il tarixdə, MN 353081 saylı “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Həmin protokola əsasən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məcburi göstərişinin icra edilməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən protokol tərtib edilərkən, həmin protokol əsasında qərar qəbul edərkən ona heç bir məlumat verilməmiş və iştirakı təmin edilməmişdir. Qəbul edilmiş qərarla vəzifəli şəxs qismində onu Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Sözügedən qərardan idarəyə çağrılarkən məlumatı olmuş və qərarın sürətini 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etdikdən sonra 17.05.2021-ci il tarixdə rəsmi qaydada almışdır. Hesab edir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev tərəfindən qəbul edilmiş 06.09.2019-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İstər inzibati xəta haqqında protokol tərtib edilərkən, istərsə də inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında icraatın qanunvericiliklə müəyyən olunmuş bir sıra normaları kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta hadisəsi 25.06.2019-cu il tarixində aşkar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 21.08.2019-cu il tarixində tərtib olunmuşdur. Hansı səbəbdən protokolun gec tərtib olunması əsaslandırılmamışdır. İnzibati xəta haqqında protokolda aşkar edilmiş inzibati xətanın törədilməsini təsdiq edən fakt kimi ETSN-in Dövlət Ekspertiza İdarəsinin rəy göstərilmişdir. X10 Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı isə hər hansı bir akt və ya sübut mövcud deyildir. Buna görə də protokolda həmin xəta ilə və xətanın aşkar edilməsi ilə bağlı heç bir qeyd mövcud deyildir. Qeyd edildiyi kimi protokolla yanaşı inzibati tənbeh vermə haqqında qərar da ciddi qanun pozuntularına yol verilməklə qəbul edilmişdir. 04 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xəbərnamədəki imza ona məxsus deyildir. Buna görə 04 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən 06.09.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi xahiş etmişdir. Məhkəmədə 04 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsinin nümayəndəsi X8 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Xırdalan şəhər bələdiyyəsinin sədri X7 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.09.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarına əsasən 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Onun barəsində olan qərar qanuni və əsaslı olmuşdur. Belə ki, Abşeron rayon Xırdalan şəhər bələdiyyəsinin sədri X7 ETSN-in Dövlət Ekspertiza İdarəsinin 25.06.2019-cu il tarixli 22/1730 saylı rəyində qoyulmuş şərtə əməl etməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 21 saylı binanın qarşısındakı ərazidən kəsilərək ərazidən kənarlaşdırılan kökü yaş halda ağacların əvəzinə həmin ərazidə 05 ədəd ağacın əkilməsi təmin edilməmişdir. 04 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən şikayətçi barəsində tərtib edilmiş protokola baxılacağı barədə 02.09.2019-cu il tarixli bildiriş göndərilsə də, şikayətçi gəlməmiş, 06.09.2019-cu il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 06.09.2019cu il tarixli, MN ******* saylı qərar əsaslıdır və qanunidir. Şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xəbarnamədən görünür ki, 04 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən X5 barəsində başlanmış inzibati xəta haqqında işə 02.09.2019-cu il tarixdə saat 11:00-da baxılacağı barədə bildirişi sonuncu 30.08.2019-cu il tarixdə almışdır. 21.08.2019-cu il tarixli MN ******* saylı protokoldan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 06.09.2019-cu il tarixli, MN ******* saylı qərardan görünür ki, 21.08.2019-cu il tarixli MN ******* saylı protokolda qeyd edilən qaydaların pozması faktı aşkar edilmiş və nəticədə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 3000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət təmin edilməməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, X2 bələdiyyəsinin sədri olarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinə müraciət etməklə bələdiyyənin mülkiyyətində olan ərazidə 1 ədəd sərv ağacının qəzalı vəziyyət yaratması barədə məlumat vermişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi Xırdalan bələdiyyəsinin müraciətinə cavab olaraq ağacın yaratdığı qəzalı vəziyyəti nəzərə alaraq təhlükənin qarşısının alınması üçün Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın 2.2.4-cü bəndinin tələblərinə uyğun olaraq ərazidə 5 ədəd həmişəyaşıl cinsi ağacın əkilməsi şərti ilə götürülməsini razılaşdırmışdır. Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov 27 iyun 2019-cu il tarixdə sərəncam verməklə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-ci il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş Yaşıllıqların götürülməsi Qaydasının 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla istifadəsində olan torpaqlarda Mərkəzi İcra Hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra Hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməsi, baxış zamanı ərazidə (Xırdalan şəhəri, 28-ci məhəllə, bina 21, blok) köküstəyaş halda bir ədəd sərv ağacının (d=36 sm,h=6-8m) olduğu müəyyən edilmişdir. Ağac kökboğaz hissədən əyilmiş, digər ağacın üstünə dayaqlanaraq qəzalı vəziyyət yaratmişdir. Odur ki, bu ağacın kəsilərək ərazidən kənarlaşdırılmasının təmin edilməsi, ağacın kəsilərək ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qrumlarının nəzarəti altında aparılması, kəsilərək ləğv edilmiş ağacı RİH-nin ixtisaslaşdırılması Təmir Abadlıq idarəsinə təhvil verilməsinə sərəncam verilmişdir. 21 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 21 saylı binanın qarşısındakı ərazidə 1 ədəd sərv ağacının kəsilməsi barədə daxil olmuş məlumat əsasında ərazidə araşdırma aparılmışdır. Araşdırma zamanı Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyi əsasında 1 ədəd sərv ağacının kəsildiyi, ancaq əvəzinə 5 ədəd həmişəyaşıl ağacın əkilməsinə dair qoyulmuş şərtin Abşeron rayonu Xırdalan Bələdiyyəsinin sədri X7 tərəfindən yerinə yetirilmədiyi aşkar olunmuşdur. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 21 saylı binanın qarşısındakı ərazidə kəsilərək ərazidən kənarlaşdırılan kökü yaş halda ağacın əvəzinə yaşıllıq sahəsində 05 ədəd həmişəyaşıl ağacın əkilməməsi aşkarlandığına görə 21.08.2019-cu il tarixdə, MN 353081 saylı “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Həmin protokola əsasən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məcburi göstərişinin icra edilməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Şikayət verən E.Əhmədov 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən protokol tərtib edilərkən, həmin protokol əsasında qərar qəbul edərkən ona heç bir məlumat verilməməsini qeyd etmişdir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, 4 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən X7 barəsində 21.08.2019-cu il tarixdə MN ******* saylı protokol tərtib olunmuş, başlanmış inzibati xəta haqqında işə 02.09.2019-cu il tarixdə saat 11:00-da baxılacağı barədə bildiriş göndərilmiş sonuncu da bildirişi 30.08.2019-cu il tarixdə almış və şikayətə baxılmasında iştirak etməmişdir. Bundan sonra 4 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsi X3 İXM-nin 541-ci maddəsi ilə 3000 manat cərimə olunması barədə 06.09.2019-cu il tarixli, MN ******* saylı qərar qəbul etmişdir. Eldar Əhmədov kəsilmiş sərv ağacının yerinə 5 ədəd həmişəyaşıl ağac əkmək barədə hər hansı rəsmi bildiriş və ya göstəriş verilmədiyini qeyd etsə də həm məhkəmə prosesində verilən izahat, həm də 27 iyun 2019-cu il tarixli Xırdalan bələdiyyəsinin sədri kimi onun tərəfindən qəbul edilmiş sərəncam şikayətdə göstərilən xüsatların əksini sübut edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən qərardan verilən şikayətə və ya protestə baxılaraq hakim, səlahiyyətli orqan həmin qanunun 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 şikayətində qeyd olunan hallar qərarın ləğv olunması üçün əsas ola bilməz, ona görə də sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 541-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat inzibati cərimə tətbiq edilməsinə dair 04 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.09.2019-cu il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İXM-in 541-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat inzibati cərimə tətbiq edilməsinə dair 04 saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsinin 06.09.2019-cu il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar