Məhkəmə qərarları › İş №3(012)-812/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-812/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-812/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızının, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 00100-0949/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuş daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 00100-0949/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayonu, Hökməli ŞTQ, Hökməli ŞTQ(Bakı-Şamaxı şosesi) ev.15-ci km ünvanında qeydiyyatda olan Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar Qətər dövlətində fəaliyyət göstərən “X3” şirkəti ilə xx.xx.2017-ci il tarixli müqavilə bağlayıb 6048 kq “Milla” nişanlı ayran yükünün dəyəri sonradan ödənilmək şərti ilə 10514,88 ABŞ dolları qiymətinə sataraq 07 iyul 2017-ci il tarixdə Bakı Bas Gömrük İdarəsində **********1751 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, Gömrük bəyannaməsinin 37-ci qrafasında malların “konsiqnasiva sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Qətər dövlətinin “X3” şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiva yolu ilə ixrac etdikləri malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********1751 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 17875.29 (on yeddi min səkkiz yüz yetmiş beş manat iyirmi doqquz qəpik) AZN təşkil edən 10514.88 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 00100-0949/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında MMC-nin əsas fəaliyyət istiqamətinin süd məhsullarının istehsalıdan, yerli bazarda satışından və ixracından ibarət olduğunu, Şəxs MMC-nin nümayəndəsi kimi Qətər dövlətində fəaliyyət göstərən “X4” şirkəti ilə bağladı 1710 nörməli xx.xx.2017-cı il tarixli, Gürcüstan Respublikasında fəaliyyət göstərən “T & К Restaurants” şirkəti ilə bağladığı 201801 nömrəli xx.xx.2018-ci il tarixli müqavilələrə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2017-ci il tarixdə **********1751 sorğu nömrəli, xx.xx.2018-ci il tarixdə **********9662 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirmə aparıb ümumilikdə 2(iki) gömrük bəyannaməsi üzrə 38699.52 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Qətər dövlətinə, Gürcüstan Respublikasına ixrac etdiyini, qeyd olunan 2(iki) gömrük bəyannaməsi üzrə yaranan 38699.52 ABŞ dolları məbləğində vəsaitin ölkə ərazisinə qaytarıldığını və bu barədə ödəniş tapşırıqlarının təqdim etdə biləcəyini, ödənişin müvəkkil bankın hesabında göstərilməmə səbəbi kimi ödəniş sənədlərində ödənişin təyinatı qeyd edilmədiyi üçün bank eyniləşdirə bilmədiyini bildirdi. Sonda o, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən satıcı Şəxs MMC bu müqaviləyə 1 saylı əlavədə göstərilən malları satır, Alıcı “X4” isə həmin malları alır və bunun müqabilində Satıcıya bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəniş edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2017-ci il tarixdə Şəxs MMC tərəfindən “X4” hesabına 16788.81 ABŞ dolları məbləğində pul köçürülmüş, lakin ödəniş sənədlərində ödənişin təyinatı qeyd edilməmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 00100-0949/22 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən “Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 07 iyul 2017-ci il tarixdən bir ildən artıq müddət keçdiyindən, MMC barəsində inzibati tənbeh verilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli 00100-0949/22 nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə , Şəxs MMC barəsində barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar