Məhkəmə qərarları › İş №3(012)-817/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-817/2023

13.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-817/2023 13.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati protokol tərtib etmiş şəxslər Abşeron RPİ-nin X1, X9, X6, X10, X7, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X15 izahatında göstərdi ki, Vəliyev X11 Bilal İlya oğluna məxsus VAZ- 2107 minik markalı, 10DH085 dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsindən 1 ədəd gödəkçəni, 1 ədəd eynəyi, 4 ədəd əylənc bəndlərini oğurlamış, bununla da Bilal Məmmədova 400 manat ziyan vurmuşdur. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində MN1657074 nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X16 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Oba” marketdən ümumilikdə 51 manat dəyərində 2 ədəd “Doyaruşka” yağını və 1 ədəd “Aləmşah” çayını oğurlamışdır. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində MN1343891 nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X13 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Oba” marketdən 5 ədəd ümumilikdə 35 manat dəyərində Rexsonanı oğurlamışdır. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində MN1638725 nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin nümayəndəsi sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi ev 103-də yaşayan X4 yaşadığı evinə pəncərədən daxil olaraq 100 manat pulunu oğurlamışdır. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində MN1692496 nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X14 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu Masazır kəndi, F.Əmirov küçəsi ev 15-də yaşayan X5 aldadaraq 100 manat pulunu ələ keçirmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində MN1698107 nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilərək pula ehtiyacı olması səbəbindən qeyd olunan inzibati xətanı törətdiyini,etdiyi əməldən peşman olduğunu və belə halların bir daha baş verməsinə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını əsas gətirərək barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli MN seriyalı, 1343891, ******* saylı və ******* saylı protokollarda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarların qəbul edildiyi gündən üç aydan artıq vaxt keçmişdir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2023-cü il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2023-cü il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2023-cü il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta haqqında protokollar isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Sözügedən protokollar baxılması üçün xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, MN serialı, ******* saylı protokola əlavə edilən işin materiallarından görünür ki, icraat aparan şəxsin 28 mart 2023-cü il tarixli MN ******* saylı Qərarı ilə xəta törədənin kimliyinin müəyyən edilməsi ilə əlaqədar iş üzrə icraat dayandırılmış, 13 may 2023-cü il tarixdə isə icraat təzələnmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 104.8 maddəsinə görə Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəislərini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, əməlindən peşimançılığını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı, 1343891, ******* saylı və ******* saylı protokollarda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilməli, digər epizodlar üzrə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarından görünür ki, inzibati xəta törədən şəxs Şəxs barəsində 12 may 2023-cü il tarixli 013862 saylı protokol üzrə tutuma protokolu tərtib olunmaqla, 12 may 2023-cü il tarix, saat 16.25.- dən tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1 maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olunmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi ,bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən cox ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh seçilərkən Azərbaycan Respublikası İXM-nin 31.4-1 maddəsinin tələbləri nəzərə alınmalıdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 150 (yüz əlli saat) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar