Məhkəmə qərarları › İş №3(012)-817/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-817/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-817/2025 06.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, X1 etibarnamə üzrə nümayəndəsi və vəkili “Arbitrium” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası AR ƏƏSMN yanında DƏMX X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı protokol əsasında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərir. 2024-cü ilin may ayının 14-də onunla heç bir əlaqəsi olmayan, onun adında qeydiyyatda olmayan işçilər X12 və Şahid ilə guya əmək müqaviləsi bağlamadan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş ediblər və orada işlər görüblər. Bu barədə Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmiş, onun əsasında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. Həmin Qərarı rəsmi olaraq xx.xx.2025-ci il tarixdə Müfəttişliyə gedərək imza etməklə almışdır. Belə ki, heç bir araşdırma aparılmadan, hər hansı bir mötəbər sübut təqdim edilmədən barəsində cərimə tətbiq olunmuşdur. İşğaldan azad olunmuş zonalarda işləmək üçün icazələri “Azərenerji” işçilərə verir. Hesab edir ki, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qanunsuzdur və ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında onların müəssisəsi tərəfindən keçmiş işçilərinə hər hansı işlərin, xidmətlərin göstərilməsi ilə bağlı heç bir sübut əlavə edilməmişdir. Protokol və qərar qəbul edilərkən həmin şəxslərin hansı məqsədlərlə Qarabağ və Şərqi Zəngəzur zonasına gəldiklərini, hansı işləri və hansı müəssisə və ya hər hansı bir şəxs üçün iş gördükləri barədə izahatlar alınmamışdır. Ona görə də hər hansı bir tərkib mövcud deyildir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-651/2025 saylı qərardadına əsasən, X2 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi-vəkili “Arbitrium” Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək, onun təmin edilməsi və xx.xx.2024-cü il tarixli, MN №1612442 nömrəli inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığından ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan bildirişi alsa da, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, X4 tanımır. O, Laçın rayonunda və Biləcəridə işləyib. X2 işçisi olmamışdır. Şahid X12 teleqramla məhkəməyə müraciət edərək, X4 tanımadığını və onun işçisi olmadığını, hazırda əməliyyat olunduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan vəzifəli şəxs X6 barəsində tərtib olunmuş Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şahid məhkəmə iclasında verdiyi izahatdan və X8 məhkəməyə ünvanladığı teleqramdan göründüyü kimi, onlar X2 işçisi olmamışlar, həmçinin onlar X4 tanımırlar. Bu isə onu göstərir ki, inzibati tənbeh vermə barədə qərar qəbul edərkən işin bu halı düzgün araşdırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamışdir, işin məhkəmə baxışında isə şəxsin təqsirliliyi sübut olunmadı. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, vəzifəli şəxs X2 əməlində inzibati xəta tərkibi olmadığı sübut olunduğundan şikayət təmin edilməli, X6 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar