Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-819/2020 16.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə xx.xx.1988-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 16 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Abşeron rayon Polis İdarəsindən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 Məşədi oğluna məxsus X12 markalı, 10SR201 dövlət qeydiyyat nişanlı avtomaşından 20 manat dəyərində 1 ədəd Samsung markalı mobil telefon, 50 manat dəyərində tibbi maska və 20 manat dəyərində 4 ədəd qulaqcıq talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 idarə etdiyi Galenvagen markalı, 01BV011 dövlət qeydiyyat nişanlı aavtomobildən 10 man dəyərində flaşkart talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinin qarşından 2 ədəd kanalızasiya quyusunun dəmir qapaqlarını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ2107 markalı, 99KV204 dövlət qeydiyyat nişanlı avtomaşından 150 mmanat dəyərində Pioneer markalı maqnitofon və 25 man dəyərində benzin talamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs4 işlədiyi mağazadan 16.20 man dəyərində 01 ədəd 1kq-lıq Vestgold yağı talamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs5 idarə etdiyi VAZ2107 markalı, 03BD44 dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çənindən 30 litr yanacaq talamışdır. Bundan başqa o, X6 qardaşı Vüqara əxsus Mercedes Benz C200 markalı, 10TU495 dövlət qeydiyyat nişanlı avtomobildən 150 man dəyərində Pioneer markalı maqnitofon oğurlamışdır. İnzibati xəta haqqında protokolları tərtib etmiş Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi X8 izahatında göstərdi ki, X3 yuxarıda göstərilən oğurluq əməlini etmişdir.Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. X1 əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tutduğu əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X1 tutduğu əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. X7 oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X1 törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasındanəzərdə tutulanictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. X3 məhkəmə zalında dərhal azad olunsun. Qərarın icrası Şirvan şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-819/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-819/2020
16.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver