Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-822/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli, 2(012)-2677 /2018 saylı icra vərəqəsinə əsasən Şəxs 15.06.2016-cı il təvəllüdlü X3 və 23.08.2016-cı il təvəllüdlü X2 yetkinik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində pul tutularaq tələbkar X1 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli, 2(012)-2677 /2018 saylı icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına 26.09.2018-ci il tarixdə daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan tələbkara olan aliment borcundan tam ödəniş etməmişdir. Borclu Şəxs iş üzrə dəfələrlə icra şöbəsinə çağırılmasına baxmayaraq icra şöbəsinə üzrsüz səbəbdən gəlməmişdir. Hazırda borclu Şəxs 5994 manat borcu vardır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli icra sənədinə əsasən onun tərəfindən X1 hər ay aliment ödənilməlidir. Hal-hazırda maddi imkanı yoxdur. Tələbkara olan aliment borcundan hissə-hssə ödənişlər etmişdir. Qalan borcunu yaxın zamanlarda ödəyəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs 5994 manat məbləğində borcu vardır. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Şəxs oğlunun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Abşeron Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli, 2(012)-2677 /2018 saylı icra vərəqəsinə əsasən 5994 manat aliment borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31 və 32-ci maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 21.05.2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-822/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-822/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver