Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-822/2023 15.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokolu müdafiə edən şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1986-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, 27-ci məhəllə, ev 25-də ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında icra işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X21 tərəfindən qızının inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsin 2(060)- 2681/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinə əsasən məndən yəni Şəxs 6200 manat X13, Sumqayıt Şəhər Məhkəməsin 2(060)-7849/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 16280 manat X8, Sumqayıt Şəhər Məhkəməsin 2(060)- 7127/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 3598 manat X5, Sumqayıt Şəhər Məhkəməsin 2(060)-5274/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 740 manat X3, Sumqayıt Şəhər Məhkəməsin 2(060)-8719/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 2580 manat X17. Sumqayıt Şəhər Məhkəməsin 2(060)-6283/2015 saylı, ci il tarixli icra vərəqəsinə əsasən 1288,20 manat X11, Sumqayıt Şəhər Məhkəməsin 2(060)-2086/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2165,99 manat "xxxx" ASC-yə, Sumqayıt Şəhər Məhkəməsin 2(060)-7293/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 2280 manat "xxxx" MMC-yə, Sumqayıt Şəhər Məhkəməsin 2(060)- 6462/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 3345 manat ”Unibank” ASC-yə, Sumqayıt Şəhər Məhkəməsin 2(060)-1022/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 2232 manat ”NurN-2016” MMC-yə, Sumqayıt Şəhər Məhkəməsin 2(060)-9579/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən 876 manat "xxxx" MMC-yə və Sumqayıt Şəhər Məhkəməsin 2(060)- 6007/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 462 manat X19 ödənilməsi qərara alınmışdır. İş üzrə borclu Şəxs barəsində olan on iki icra sənədi üzrə üzrə cəmi 42047,19 AZN olan borcu ödəməmiş bununla əlaqədar hər hansı üzürlü səbəb təqdim etməmişdir. Həmçinin işin materiallarındanda görünür ki, Şəxs icra məmurunun çağrışlarınada məhəl qoymur, hər vəclə şöbəyə gəlməkdən yayınır və icra sənədinin icra olunması üçün ümumiyyətlə heç bir cəhd göstərmir. Şöbəyə gəlməsi üçün dəfələrlə əlaqə saxlanılaraq şöbəyə dəvət olunsada hər dəfə bir bəhanə gətirərək şöbəyə gəlməmişdir. Belə olan halda onun axtarılması barədə qərar qəbul olunaraq aidiyyatı polis orqanına göndərilmişdir. Bu gün yəni xx.xx.2023-cü il tarixdə polis tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş borclu izahat verməkdən imtina etmişdir. Hazır ki, vəziyyətdədə onun inzibati məsuliyyətə cəlb olunması gələcəkdə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün əsas şərtlərdən biridir. Borclu Şəxs barəsində tərtib olunmuş inzibati protokolu təmin edərək borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, maddi vəziyyətilə bağlı borcunu ödəyə bilmir. Ona görə də məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-2681/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X14 6230 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-7849/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X7 xeyrinə 16280 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-7127/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X4 xeyrinə 3588 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-5274/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X1 xeyrinə 764 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-8719/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X15 xeyrinə 2580 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-6283/2015 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X9 xeyrinə 1398,2 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-2086/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" ASC-nin xeyrinə 2165,99 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-6007/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X18 xeyrinə 462 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-7293/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" MMC-nin xeyrinə 2280 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-6462/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" ASC-nin xeyrinə 3344,72 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-9579/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" ASC-nin xeyrinə 876 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1022/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" MMC-nin xeyrinə 2232 manat məbləğində pulun tutulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan məlumat vərəqindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə iş üzrə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-822/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-822/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver