Məhkəmə qərarları › İş №3(012)-823/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-823/2021

22.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-823/2021 22.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X21 oğlunun iştirakları ilə, xx.xx.1992-ci ildə Şəki şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, Şəki şəhəri, Suçma kədində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə faktiki yaşayan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin İTŞ-nin sahə rəisi, polis mayoru X9 bildirdi ki, 14.10.2020-ci il tarixdən 15.10.2020-ci il saat 06 radələrinədək olan müddət ərzində təhqiqata şəxsiyyəti məlum olmayan naməlum şəxs(lər) X6 Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən evinin qarşısında saxladığı VAZ 21099 markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən 1 ədəd 150 manat dəyərində Pioner markalı maqnitofonu, 15 manat dəyərində bir ədəd qoltuq altını və 25 manat nağd pulunu gizli yolla talamaqla nəticədə ona 190 manat ziyan vurmuşdur. 24.10.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X14 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 10.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi, blok 55,73 ünvanında yerləşən mənzildən 35 manat nağd pulunu gizli yolla talamaqla və 55 manat dəyərində geyim əşyalarını talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. 20.04.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 21.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində yerləşən köşkdən 90 manat dəyərində ərzaq məhsullarını talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. 31.03.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞnin müstəntiqi, polis kapitanı X17 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 24.03.2021-ci il tarixdə saat 07:20 radələrində Günel Allahverdiyeva adlı şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, H.Arif küçəsi, ev 47-də Zərərçəkmiş şəxs3 kartından 98 manat pulunu çəkərək ona qarşı dələduzluq etmişdir. Nəticədə ona 98 manat miqdarında ziyan vurmuşdur. 02.04.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis baş leytenantı X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 19.02.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yaşayan X15 məxsus evdən 01 ədəd 50 manat dəyərində laqondanı və 40 manat dəyərində çantanı talamaqla nəticədə ona 90 manat məbləğində ziyan vurmuşdur. 01.03.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan X4 04.01.2021-ci il tarixdə 15 ədəd 01 litrlik ümumi dəyəri 30 manat dəyərində olan kompot balonları talamaqla nəticədə ona 30 manat məbləğində ziyan vurmuşdur. 14.01.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 24.11.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Q.B.Zakir küçəsi, ev 59-da yaşayan Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətində olan tikilidən 80 manat dəyərində bir ədəd Çempion markalı velosipedi talamaqla nəticədə ona 80 manat ziyan vurmuşdur. 03.12.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 17.12.2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır dairəsi ərazisində Zərərçəkmiş şəxs7 məxsus Opel Vestra markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobildən 70 manat məbləğində pulu oğurlamaqla nəticədə ona 70 manat ziyan vurmuşdur. 26.12.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞnin müstəntiqi, polis polkovnik-leytenantı X30 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 02.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus 98 manat dəyərində bir ədəd dreli talamaqla nəticədə ona 98 manat ziyan vurmuşdur. 12.03.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 03.01.2021-ci il tarixdən Sumqayıt şəhəri, 10-cu mkr, ev 71, mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Saray qəsəbəsi, üzümlük yaşayış massivi, A.Səhhət küçəsində yerləşən ona məxsus yarım tikilidən ümumi dəyəri 50 manat təşkil edən 11 metr uzunluğunda sayğac ilə yarımtikilinin elektrik sistemini birləşdirən elektrik naqillərini talamaqla nəticədə ona 50 manat dəyərində ziyan vurmuşdur. 12.01.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 09.10.2020-ci il tarixdən 10.10.2020-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti, ev 23, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs10 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yarımtikili evindən pəncərədən daxil ola yolu ilə 60 manat dəyərində su motorunu hidrofonla birlikdə, 20 manat dəyərində drel və 10 manat dəyərində boru qayçısını talamaqla nəticədə ona 90 mannat ziyan vurmuşdur. 19.10.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X20 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 20.12.2020-ci il saat 18 radələrindən 21.12.2020-ci il saat 09 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs11 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə park etdiyi VAZ 21074 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobildən dəyəri 30 manat olan 01 ədəd təkər nasosu, 01 ədəd yaddaş kartı və 01 ədəd usta aləti olan kəlbətini talamaqla nəticədə ona 30 manat məbləğində ziyan vurmuşdur. 31.12.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhiqatçısı, polis mayoru X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında tutma protokolundan görünür ki, Şəxs 20.05.2021-ci il tarixdə saat 23.30 da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs oğluna ictimai işlər növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 160 (bir yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar