Məhkəmə qərarları › İş №3(012)-824/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-824/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-824/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X1 katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Tovuz rayonu, Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tovuz rayonu, Xatınlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Nübar qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, idarə etdiyi «MERCEDES BENZ 240» markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 09-cu kilometrliyində Bakı şəhər istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olan zaman hərəkət təhlükəsizliyini təmin etməmiş, nəticədə piyada keçidində sağdan sola doğru yolu keçmək istəyən piyada X3 ehtiyatsızlıqdan vuraraq, ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetriməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, «MERCEDES BENZ 240» markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili sürücülük vəsiqəsi olmaqla idarə edir. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində, idarə etdiyi «MERCEDES BENZ 240» markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobillə iki zolaqlı yolun sol zolağı ilə Bakı şəhər istiqamətində saatda 60 km/saat sürətlə hərəkət etmişdir. Piyada keçidinə 5-6 metr qalmış, bir qadın iti qaçışla yolun bir tərəfindən digər tərəfinə keçmişdir. Həmin anda tormuz versədə hadisənin qarşısını ala bilməyib, piyadanı vurmuşdur. Həyəcanlı olduğundan avtomobili saxlamayıb, hadisə yerindən sürüb getmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, idarə etdiyi «MERCEDES BENZ 240» markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 09-cu kilometrliyində Bakı şəhər istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olan zaman hərəkət təhlükəsizliyini təmin etməmiş, nəticədə piyada keçidində sağdan sola doğru yolu keçmək istəyən piyada X3 ehtiyatsızlıqdan vuraraq, ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetriməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 653 saylı rəyində göstərilir ki, X2 bədənində olan xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, alın nahiyyəsinin əzilmiş cırılmış yarası, sol diz oynağının, sıyrılmış yarası, sağ yanaq və sol bud nahiyyələrinin qançırı nahiyyələrinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə avtomobil vurması nəticəsində əmələ gəlməsi inkar edilmir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olmaları öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Tovuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar