Məhkəmə qərarları › İş №3(012)-824/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-824/2021

22.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-824/2021 22.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, 21.05.2021-ci il tarixdə Abşeron RPİ-nin İŞnin icraatında olan material üzrə araşdırma zərurəti ilə əlaqədar Şəxs oğlu Abşeron Rayon Polis İdarəsinə gətirilərkən polis əməkdaşlarına müqavimət göstərərək polisin qanuni tələbinə tabe olmamışdır. Belə ki, həmin tarixdə idarəyə poliklinikada bir nəfər şəxsin arvadı ilə mübahisə etdiyini, ictimai qaydanı pozmaqla, ətrafdakıların diqqətini cəlb etməklə nalayiq ifadələr işlətməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatla bağlı Şəxs hadisə yerinə gedən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla, yerə yıxılmış, polis əməkdaşlarına avtomobillə onun üstündən keçməsini tələb etməklə yüksək səslə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman çəkiliş apardığı telefonu yerə düşmüş, o da polis əməkdaşlarına hədə qorxu gələrək yeni telefon alınmazsa müvafiq orqanlara şikayət edəcəyini bildirmiş, uzun müddət avtomobilə əyləşib idarəyə getməkdən imtina etməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Şəxs oğlu inzibati xəta törətməsini qəbul etdi və izahat verərək əməlindən səmimi peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan AZA 002103 saylı protokoldan görünür ki, Şəxs oğlu 21.05.2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs oğluna həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21 may 2021-ci il, saat 23:30 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: S.Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar