Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-824/2025 03.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Ənvər qızının sədrliyi ilə, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 RPİ ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-803/2019 saylı icra vərəqəsinə əsasən 29 iyul 2015-ci il təvəllüdlü X4 və 16 iyul 2016-cı il təvəllüdlü X1 üçün Şəxs hər uşağa hər ay 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması, aliment 05 dekabr 2018-ci il tarixdən 29 iyul 2015-ci il təvəllüdlül X7 və 16 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər müəyyən edilmişdir. Qeyd olunan icra sənədləri üzrə cəmi borc 16000 manat təşkil edir. Ona görə də borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs 4 ildir ki, axtarışdadır, qeydiyyat yeri yoxdur. Hazırda məhkəmədən borclu tərəfindən aliment borcunun tam ödənilməsini, ya da inzibati həbs tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, son 3 aydır ki, ödəniş edə bilmir. Himayəsində qüsurlu övladı vardır. Məhkəmədən aliment borcun ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili Vəkil Şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-803/2019 saylı icra vərəqəsindən görünür ki, 29 iyul 2015-ci il təvəllüdlü X4 və 16 iyul 2016-cı il təvəllüdlü X1 üçün Şəxs hər uşağa hər ay 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması, aliment 05 dekabr 2018ci il tarixdən 29 iyul 2015-ci il təvəllüdlül X7 və 16 iyul 2016-cı il təvəllüdlül X5 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində şöbənin icraatına daxil olmuş və həmin tarixlərə icraata başlanılaraq tərəflərə bu barədə məlumat verilmişdir. Cavabdehə qətnamənin icrası ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış həmçinin ona rəsmi xəbərdarlıqlar verilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il, saat 18:15 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(012)-824/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-824/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver