Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-828/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Abşeron RPİ-nin İTŞ-nın sahə rəisi X1, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fərdi evdə yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında1835661, ******* və ******* saylı inzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bizim market”in qarşısında “Hyundai” markalı avtomobildən ümumi dəyəri 384 manat olan 60 ədəd şokoladı, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 ünvanına çatdırmaq məqsədilə götürdüyü 70 manat dəyərində şirniyyatı, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Zərərçəkmiş şəxs1 işlədiyi “Araz” marketdən 70 manat dəyərində 30 ədəd “Alpen” markalı şokoladları oğurlayaraq talan etmişdir. Abşeron RPİ-nin İTŞ-nın sahə rəisi X4 izahatında X3 əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri, Nizami küçəsində yerləşən işlədiyi “Araz” marketdən 70 manat dəyərində 30 ədəd “Alpen” markalı şokoladları oğurlanmışdır. Sonradan kimliyi məlum olan şəxsin X6 olduğunu bilmiş, həmin şəxs vurduğu maddi ziyanı ödəyə bilməyəcəyini bildirmişdir. Ona görə də, qeyd edilənləri nəzərə alaraq ona dəymiş maddi ziyanınn ödənilməsini və barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xəta üzrə özünü təqsirli bilərək, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bizim market”in qarşısında “Hyundai” markalı avtomobildən ümumi dəyəri 384 manat olan 60 ədəd şokoladı oğurlamış, bundan başqa o, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 ünvanına çatdırmaq məqsədilə götürdüyü 70 manat dəyərində şirniyyatı Zərərçəkmiş şəxs2 ünvanını tapmadığı halda mənimsəmiş, sonuncu dəfə o, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Zərərçəkmiş şəxs1 işlədiyi “Araz” marketdən 70 manat dəyərində 30 ədəd “Alpen” markalı şokoladları oğurladığını bildirib qeyd olunan inzibati xətanı törətdiyini, etdiyi əməllərdən peşman olduğunu və belə halların bir daha baş verməsinə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin inzibati xəta üzrə özünü təqsirli bildiyini əsas gətirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tərəflərin izahatları və işin materialları ilə tam sübuta yetirilir.Buna görə də haqqında iş üzrə icraat aparılan şəxs X3 bu əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə X3 törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs etmənin əvvəli tutulduğu 01 may 2024-cü il tarixdən saat 03:00-dan hesablanmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. X5 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 01 may 2024-cü il tarixdən saat 03:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. X5 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-828/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-828/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver