Məhkəmə qərarları › İş №3(012)-829/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-829/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-829/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd oğlunın sədrliyi ilə, X2 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X2, barəsində MMX ******* saylı, EQ118463 saylı, EQ487553 saylı, EQ606978 saylı, EQ830919 saylı, EQ1718219 saylı, EQ1756582 saylı, EQ1812678 saylı, EQ1995765 saylı, EQ2183909 saylı, EQ2249618 saylı, EQ2343105 saylı, EQ2473748 saylı, EQ2496829 saylı, EQ263688 saylı, EQ2649093 saylı, EQ5134129 saylı, EQ5286857 saylı, EQ5465859 saylı, EQ6482660 saylı, EQ6717049 saylı, EQ6738189 saylı, EQ6952109 saylı, EQ7198533 saylı, EQ7431810 saylı, EQ7650968 saylı, ******* saylı, ******* saylı, ******* saylı, EQ10050048 saylı, 10489440 saylı qərarlardan şikayətlə məhkəməyə müraciət etmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, inzibati xəta barədə protokol və qərarlar müxtəlif tarixlərdə, yəni, xx.xx.2018-ci il tarixdə, xx.xx.2012-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-u il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021ci i tarixdə, xx.xx.2021-ci il tarixdə , xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci i tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixlərdə qəbul edilmiş, həmin qərarların nə vaxt alınmasına dair sənədlər iş materiallarına əlavə olunmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, qanunda hər bir qərardan ayrıca şikayət vermək hüququ nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, X2 barəsində qəbul edilmiş qərarlardan şikayəti qanunla müəyyən edilmiş müddətdə verməmiş, həm də bütün qərarlardan eyni şikayətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən MMX ******* saylı, EQ118463 saylı, EQ487553 saylı, EQ606978 saylı, EQ830919 saylı, EQ1718219 saylı, EQ1756582 saylı, EQ1812678 saylı, EQ1995765 saylı, EQ2183909 saylı, EQ2249618 saylı, EQ2343105 saylı, EQ2473748 saylı, EQ2496829 saylı, EQ263688 saylı, EQ2649093 saylı, EQ5134129 saylı, EQ5286857 saylı, EQ5465859 saylı, EQ6482660 saylı, EQ6717049 saylı, EQ6738189 saylı, EQ6952109 saylı, EQ7198533 saylı, EQ7431810 saylı, EQ7650968 saylı, ******* saylı, ******* saylı, ******* saylı, EQ10050048 saylı, 10489440 saylı qərarlardan verilmiş şikayət geri qaytarılsın. X1 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar