Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-83/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Qərardan şikayət vermiş X2 iştirakları ilə X2 Abşeron RPİ-in DYPŞ tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron RPİ-in DYPŞ tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-83/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərarı ilə X2 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Abşeron X8 Şöbəsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(105)-161/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası Abşeron X8 Şöbəsinin TP seriyalı ******* saylı, 06 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 3(012)-83/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-83/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarı ilə şikayətin təmin edilməməsi, X2 Abşeron RPİ-in DYPŞ tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(105)-343/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası Abşeron X8 Şöbəsinin TP seriyalı ******* saylı, 06 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 3(012)-83/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Şikayət onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o avtomobili idarə etməmiş, avtomobil yolun qırağında yaşadığı ərazidə dayanacaqda olmuşdur. O, taksindən düşərək avtomobilə yaxınlaşaraq evin açarlarını və kaşloku götürmüşdür. O, avtomobili idarə edərkən deyil, onun piyada olarkən X8nin əməkdaşları saxlamışdılar. Bundan sonra o, avtomobili idarə etmədiyi halda onu məcburi olaraq sərxoşluq barədə tibbi müayinəyə aparmışlar. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə təqdim olunmuş videogörüntüdən də görsənir ki, o, tibb müəssisəsinə getmişdir. Həkim otağına daxil olmuş, həkimin yanında müayinədən keçməkdən imtina etmişdir. İmtina etməyinin səbəbi nəqliyyat vasitəsini idarə etməmiş, piyada olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron X8 Şöbəsinin xx.xx.2024-cü tarixli, İXP6441144 nömrəli protokol əsasında qəbul olunmuş xx.xx.2024cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin olunmalıdır. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət edilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, qərarından şikayət edilmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və eyni zamanda işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə qərarından şikayət edilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron RPİ-in DYPŞ tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 28 iyul 2024-cü il tarixli, 2/1413 nömrəli aktından görünür ki, X5 müayinədən imtina etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 329.3-ci maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 13-cü bəndində əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir. Həmin Qanunun 83-cü maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Bununla əlaqədar məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında qərar qəbul etmiş etmiş orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərarı qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, yol hərəkəti haqqında qanunvericilikdə yol hərəkəti sahəsində dövlətin vəzifələri, eləcə də yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri konkret olaraq müəyyən edilmişdir, hansı ki, aidiyyəti sahədə nəzarəti həyata keçirən dövlət yol polis şöbəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı halı müəyyənləşdirmək məqsədi ilə, həmin orqanın əməkdaşlarının tələbi ilə sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçmək vəzifəsi daşıyan sürücü X3 tibbi müayinəyə cəlb etmişlər. X1 həmin tibbi müayinədən keçirilməsinə faktiki şərait yaratmamış, nəticə etibarı ilə bundan imtina etmişdir. Qeyd olunanlar qərarından şikayət edilmiş orqan tərəfindən təqdim edilmiş video görüntülərdə də öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsini sözlə ifadə etməməsi, yəni “tibbi müayinədən imtina edirəm” deməməsi heç də həmin şəxsin inzibati xəta törətmədiyi qənaətinə gəlməyə əsas vermir, konkret halda X2 yuxarıda göstərilənlərlə müşayiət olunan hərəkətləri məhz onun tibbi müayinədən imtina etməsi demək olmuşdur, ona görə də inzibati orqan haqlı və düzgün olaraq həmin şəxsin törətdiyi xətanı Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə tövsif edərək, onun barəsində inzibati tənbeh tətbiq etmişdir. İnzibati tənbeh isə maddənin sanksiyası həddində olmaqla cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 343.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 inzibati qaydada tənbeh edilməsi barədə 06 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 Abşeron RPİ-in DYPŞ tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-83/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-83/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver