Məhkəmə qərarları › İş №3(012)-830/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-830/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-830/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X1 iştirakı ilə X1 TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə Müəyyən etdi : X3 şikayətlə məhkəməyə müraciət edərək, TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi X3 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron RPŞ Yol Patrul Xidməti baş inspektor polis baş leytenantı X2 xx.xx.2020-ci tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətaiar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutuimuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilib. Həmin qərar heç bir maddi və ya prosessual norma ilə əsaslandırılmasa da qərarın çıxarılması üçün əsas olmuş İXP3319222 saylı, xx.xx.2020-ci il tarixli protokolda qeyd edilib ki, o, Hyundai Sonata minik markalı, İO-OV- 609 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol hərəkəti qaydalarını pozaraq, surət həddini aşmışdır. Həmin ərazidə yəni, Abşeron rayonu, Xırdalan şəhəri, Texnikum yolunun aşağı hissəsində kamera yerləşdirilmiş və kameraya baxış keçirilərsə, video görüntülər məhkəməyə təqdim edilərsə, onun normal sürətlə hərəkət etdiyi bəlli olar. O, avtomobili idarə edən zaman bütün qaydalara riayət etmiş və heç bir nöqsana və yaxud da qanun pozuntusuna yol verməmişdir. Özünü təqdim edən polis nəfəri ondan sənədlərini təqdim etməyi tələb etdi və bildirdi ki, qaydasında olduğuna baxıb geri qaytaracaq. Lakin elə olmadı, Polis nəfəri 190 nömrəli YPX maşınına əyləşərək maşının içərisində bir şeylər yazaraq onun imzasını tələb etməyərək, həmin protokolu ona təqdim etdi. Hətta həmin yerdə yol kranı dayanmış və demək olar ki, yolun çox hissəsini tutmuşdur. Orada tikinti işlərinin aparılması ilə bağlı sürücülərə heç bir xəbərdarlıq plakatı qoyulmamışdır. Həmin ərazidə surət həddini aşmaq qeyri-mümkündür. Çünki yer darısqal olduğu üçün və tıxacın yaranması səbəbindən avotmobillər bir sıra ilə hərəkət edirdi. Onun iş yeri də həmin ərazidə yerləşirmiş. O, maşınını saxlayıb ofisinə gedən zaman polis nəfəri onu saxladı və onun sənədlərini təqdim etməyi bildirdi. Ona inzibati tənbeh tətbiq etdi və nə üçün soruşduqda surət həddini aşdığını bildirmişdir. Halbuki onu heç saxlamamış və arxadan gəlib sənədlərini təqdim etməyini tələb etmişlər. O, qeyd edilənlərlə qəti şəkildə razı deyil. Həmin an baş vermiş hadisə ilə bağlı çaşqınlıq vəziyyətində olduğundan, baş verənləri və ona qarşı tərtib edilən bu qərarı anlaya bilməyib. Ona görə də xahiş edir ki, videogörüntü tələb olunmaqla baxış keçirilisin. O, haqlı olduğunu gələcəkdə sübut etmək üçün ona cərimə tətbiq ediləndən sonra həmin ərazini videolentə almışdır. Ona görə ki, həmin ərazidə sürət həddini aşmaq qeyri-mümkündür. Ona görə də şikayətin təmin olunması, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X3 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində şikayət verilən Abşeron RPŞ-dən məhkəməyə xx xxxxxx 2020-ci il tarixd daxil olmuş məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 11.38 radələrində Abşeron rayonu Xırdalan şəhəri MD 23 Nağı küçəsində Hyundai markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin videogörüntrülərinin saxlanma müddəti bitdiyindən həmin görüntülərin arxivləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə saat 11:38 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Q.Nəbi küçəsində Hyundai Sonata minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən surət həddini aşması müəyyən edimiş və onun barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə araşdırması zamanı inzibati xətanın olmasını təsdiq edən videogörüntü tələb edilmiş, lakin məhkəməyə təqdim edilmiş məktubdan göründüyü kimi videogörüntrülərinin saxlanma müddəti bitdiyindən həmin görüntülərin arxivləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qərar ləğv edilməli, inzibati xəta haqqında görüntülər məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında iş yenidən baxılması üçün Abşeron Rayon Polis İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1 -ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X1 şikayəti qismən təmin edilməli, TP seriyalı ******* nömrəli, xx.xx.2020ci il tarixli qərar ləğv edilməli və yenidən araşdırılması üçün qərarı qəbul edən Abşeron Rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X1 şikayəti qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə qəbul olunmuş TP seriyalı 33732044 nömrəli, xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Abşeron Rayon Polis İdarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar