Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-831/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycxan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilkə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 04.08.2009-cu il tarixli, 2(004)-2898 /2009 saylı icra vərəqəsinə əsasən Şəxs 30.04.2003-cü il təvəllüdlü X5 və 27.09.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay sabit pul şəklində hər uşağa görə 70 manat məbləğində ümumilikdə 140 manat məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. X2 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 04.08.2009cu il tarixli, 2(004)-2898 /2009 saylı icra vərəqəsi vərəqəsinə əsasən Şəxs 30.04.2003cü il təvəllüdlü X5 və 27.09.2007-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay sabit pul şəklində hər uşağa görə 70 manat məbləğində ümumilikdə 140 manat məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədi 14 noyabr 2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraya yönəldilmişdir. Lakin Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan tələbkara olan aliment borcunu ödəməmişdir. Hazırda borclu Şəxs 15000 manat borcu vardır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, işləmədiyinə və maddi imkanı olmadığına görə aliment borcunu tələbkara ödəyə bilməmişdir. Hal-hazırda pandemiya və xəstəliyi ilə bağlı olaraq işləyə bilmir. İşlədiyi zaman aliment borcunu ödəyəcəyinə söz verir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Abşeron Rayon Məhkəməsinin 04.08.2009-cu il tarixli, 2(004)-2898/2009 saylı icra vərəqəsinə əsasən 15000 manat aliment borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31 və 32-ci maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 07 (yeddi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 26.05.2021-ci il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-831/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-831/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver