Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-831/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, X2 Zəngilan rayon DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 rayon DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, Zəngilan DYP-nin TP ******* saylı, xx.xx.2025-ei il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində qanunsuz və əsassız olaraq İnzibati xəta haqqında iş üzrə icraat başlamış Zəngilan DYP əməkdaşlarının barəsində xususi qərar qəbul edərək, aidiyyatı üzrə Daxili İşlər Nazirliyinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Zəngilan DYP-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.3, 332.1-ci maddələri ilə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Əsas kimi xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları göstərilmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində saat 22:41-də Masazır qəsəbəsi ərazisində CHEVROLET COBALT LT minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işiq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilmişdir. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmasi halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.3, 332.1-ci maddələrinin tələblərini pozmağı qeyd edilmişdir. Halbuki qeyd edilən hallardan heç biri baş verməmişdir. Belə ki, CHEVROLET COBALT LT minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən tərəfindən İnzibati Xətalar Məcəlləsinin sözügedən maddələrinin tələbi pozulmamışdır. Ona əsasız olaraq belə bir cərimə yazılmışdır. Əvvəllər yazılmış cərimələri vaxtında ödəmədiyinə görə nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılmışdır. Cərimələr tərəfindən tam ödənildikdən sonra Nizami rayon məhkəməsinə qərarlara xitam verilməsi üçün müraciət etmiş və müraciətinin əsasında qərarlara xitam verilmişdir. Yol polisi onu saxlayarkən sözügedən qərarları polis əməkdaşına təqdim etsə də yol polisi buna məhəl qoymamış və onunla birlikdə ailə və uşağını maşından düşürdərək avtomobili cərimə meydançasına aparmışdır. Avtomobili 12 gün cərimə meydançasında qalmış və cərimə meydançasından avtomobili çıxardarkən ondan 30 manat dayanacaq pulu alınmışdır. Sözügedən avtomobili lizing şərtləri ilə idarə edir, 12 gün əsassız yerə cərimə meydançasına avtomobil yerləşdiyi üçün maddi ziyan dəymişdir. Tərəflərin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, tərəflər məhkəmə iclaslarına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Zəngilan rayon Pİ tərəfindən telefonla bildirilmişdir ki, mübahisələndirilən qərar artıq qüvvədə deyildir, ləğv edilmiş, şəxsin barəsində 10 aprel 2025-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. Həmin qərar məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X2 barəsində Azərbaycan Respublikası DİN Zəngilan rayon DYP-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə CHEVROLET COBALT LT minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.3, 332.1-ci maddələrinə əsasən 400 manat məbləğində cərimə olunmuşdur. İşdə olan Zəngilan rayon DYP-nin 10 aprel 2025-ci il tarixli ******* saylı qərarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə X4 İXM-nin 329.3 və 332.1-ci maddələri üzrə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası DİN Zəngilan rayon DYP-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə CHEVROLET COBALT LT minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.3, 332.1-ci maddələrinə əsasən 400 manat məbləğində cərimə olunmuş, lakin sonradan qərar qəbul edən tərəfindən həmin qərar ləğv edilmiş və 10 aprel 2025-ci il tarixli ******* saylı qərarla yenə həmin xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə X4 İXM-nin 329.3 və 332.1-ci maddələri üzrə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi mübahisələndirilən qərar artıq ləğv olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 329.3-cü maddəsinin dispozisiyasına görə, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaqla nəqliyyat vasitəsinin idarə edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 333.1-ci maddəsinin dispozisiyasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 Zəngilan rayon DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Zəngilan rayon DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-831/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-831/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver