Məhkəmə qərarları › İş №3(012)-833/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-833/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-833/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin Mehdiabad PB-in sahə rəisi, polis kapitanı X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, 23.12.1983-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təsilli, işləməyən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 6, mənzil 12A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 26.05.2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində baş vermiş oğurluq hadisələri bağlı olaraq şübhəli şəxs kimi Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinə dəvət olunarkən gəlməkdən imtina etmiş, sənədlərini təqdim etməyi tələb edən Abşeron RPİ-nin polis əməkdaşları ilə mübahisə edərək, ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon polis idarəsinin Mehdiabad PB-in sahə rəisi, polis kapitanı X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Sadiq Səlimov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs 26.05.2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində baş vermiş oğurluq hadisələri ilə bağlı şübhəli olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yaşayan Quliyev X3 rayon Polis İdarəsinə dəvət edilmişdir. Lakin Şəxs gəlməkdən imtina edərək səs-küy salmaqla polis əməkdaşları ilə mübahisə etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin fakt əsasında Abşeron rayon Pİ-nin Mehdiabad PB-də araşdırma aparılmış, Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. PB-də Şəxs özünü aqressiv aparmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 26.05.2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində olarkən polis əməkdaşları yaxınlaşaraq onu polis idarəsinə dəvət etmişlər. Şəxs polis əməkdaşlarına müdaxilə edərək polis idarəsinə gəlməkdən imtina etmiş, ucadan danışaraq onlarla mübahisə etmişdir. Bu zaman əsəbləşdiyi üçün ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Hal-hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 26.05.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 26.05.2021-ci il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 07 (yeddi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 26.05.2021-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar