Məhkəmə qərarları › İş №3(012)-833/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-833/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-833/2023 15.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin rəis müavini X1, Şəxs MMC-nin nümayəndə və vəkili X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-833/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı (hakim V.Həsənov) ilə Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100- 01226/23 saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)-833/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialın yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəməyə daxil olmuş protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin “İpək Yolu” Gömrük Postundan daxil olmuş 34/024/009765 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən 07,04.2023-ci il tarixində İran İslam Respublikasından 80E43110/80E43210 nömrəli avtomaşınla,1402/01-07 savlı invovsla daxil olmuş və BBGİ-də **********3631 saylı gömrük bəyannaməsi ilə bəyan olunan Şəxs MMC-nin ünvanına gələn yüklərə gömrük baxışı keçirilmiş, yoxlama zamanı 2-ci mal mövqeyində bəyan olunan heyvanların gönündən dəri (Avvaqabı istehsalı üçün, zamui ) yükünün brutto çəkisi 1800 kq netto çəkisi 1746 kq, kvadrat metrəsi 1082 kvadrat metrə qeyd olunsada baxış zamanı müəyyən olundu ki brutto çəki 1637 kq netto çəki 1587 kq kvadrat metrə isə 1380 kvadrat metrədir. 3cü mal mövqeyində bəyan olunan keçi və çəpişlərin işlənmiş dərisi yükündə isə brutto 1315 kq , netto 1276 kvadrat metrəsi 758 kvadrat metrə qeyd olunsada baxış zamanı müəyyən olundu ki brutto çəki 1123 kq netto 1073 kq , kvadrat metrəsi 2146 kvadrat metrədir. 4-cü mal mövqeyində bəvanan olunan səthi sıxlığı 25 q/kvadrat metrədən çox olmayan kimyəvi saplardan toxunmamış materiallar yükünün brutto çəkisi 7870 kq netto çəkisi 7634 kq deyil brutto 8225 kq, netto çəkisinin isə 7989 kq olduğu aşkar olunmuşdur. Aparılan araşdırma çərçivəsində 11 aprel 2023-cü il tarixdə "xxxx" MMC-də gömrük isləri üzrə mütəxəssis vəzifəsində isləvən X3 izahatı alınmışdır. X11 oqlu izahatında aşağıdakıları bildirmişdir: Müxtəlif şirkətlərlə bağlanmış müqaviləyə əsasən həmin şirkətlərin gömrük bəyannamələrinin tərtib olunması, malların rəsmiləşdirilməsi və malların gömrük ərazisindən çıxarılması fəaliyyəti həyata keçirir. Mənim isim bəyannamələrini "xxxx" MMC-də yazdıran şirkətlərin mallarının gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən ibarətdir. "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış №52 nömrəli, xx.xx.2020-ci il tarixli xidmət göstərilməsi haqqında müqaviləyə əsasən Şəxs MMC-ni nin adına müxtəlif ölkələrdən daxil olan yüklərə görə qısa idxal bəyannamələrinin, əsas gömrük bəyannamələrinin tərtib olunması və malların gömrük rəsmiləşdirilməsini həyata keçiririk. İsin mahiyyəti üzrə bildirir ki, Şəxs MMC-nin adına İran İslam Respublikasında qeydiyyatda olan “X6” Co şirkətindən xx.xx.2023-cü il tarixli müqaviləyə uyqun olaraq, 1402/01-07 saylı, xx.xx.2023-cü il tarixli invovs əsasında Ayaqqabı istehsalında istifadə olunan müxtəlif növ mallar gətirilmişdir. Qanunvericiliyin tələblərinə uyqun olaraq mallar gömrük ərazisinə qətirilməzdən əvvəl **********6540 saylı qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixində yazılmışdır. Daha sonra mallar Azərbaycan Respublikasına daxil olduqdan sonra xx.xx.2023-cü il tarixli, **********3631 sorğu nömrəli gömrük bəyannaməsi yazılmışdır. Qevd edir ki, hər iki bəyannamə "xxxx" MMC-də mütəxəssis vəzifəsində isləvən X7 oqlu tərəfindən tərtib edilmişdir. Bəyannamə sistemə vurulduqdan sonra statistik dəyərin düzgün göstərilməməsi səbəbi ilə deklaranta geri qaytarılmışdır. Gömrük orqanının vəzifəli şəxsi ilə aparılan məsləhətləşmələrdən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi sonra **********3631 sorğu nömrəli gömrük bəyannaməsinin 5-ci, 7-ci, 8-ci və 10-cu mal mövqeyində bəyan olunan malların statistik dəyərinə düzəlişlər edilərək yenidən rəsmiləşdirilmək üçün göndərilmişdir. Bəyannamə tərtib olunarkən malların statistik dəyərini köhnə tərtib olunmuş bəyannaməyə əsasən qaldırıb yazılır. Bunlara misal olaraq invovsun 1-ci mailin 0.95 usd və 0.75 usd olan parçanın statistikasını qaldıraraq 1.2 usd netto çəkisinə vuraraq statistik dəyəri 11895.60 eləmişik və 2.10 usd olan 16 rulon mala əlavə kod açaraq qiymətini 3.6 usd qaldıraraq yazmışıq. İnvovs üzrə 2-ci və 3-cü mallarıda 1.25 və 0.80 usd olduğu halda həmin dəri yükünün dəyərini 3.5 usd qaldıraraq statistikasını 2-ci malda 6111 3-cü mail mövqeyində 4466 usd qaldırmışıq. Bundan başqa bəyannamənin 4-cü mal mövqeyi olan 374 rulon dan 0.80 usd qaldıraraq 1.5 usd-a qaldırıb 11451 usd bəyan eləmişik sonra bəyannamənin 9-cu mal mövqeyini 0.50 usd-dan qaldırıb 1.2 usd-a qaldırıb statistikasını 1639.20 usd eləmişlər. Bunları yazmaqla bildirmək istəyir ki, Şəxs MMC qiyməti aşağı bəyan etməmişdir. Bəyannamə tərtib olunandan sonra Bakı Bas Gömrük İdarəsi ilə qiymətlə bağlı problemləri yaranmağını istəmir. Hal-hazırda bəyannamənin 2-ci və 3-cü mal mövqeyi olan dəri parça həmişə çəki ilə alınıb, çəki ilə rəsmiləşdirilmişdir. Şəxs MMC-nin adına daha öncə xx.xx.2022-ci il tarixli **********6488 sorqu nömrəli və xx.xx.2023-cü il tarixli, **********2715 sorğu nömrəli gömrük bəyannamələri eyni mallar idxal olunmuşdur. Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən malların dəyərinin müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır, İs üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə əmtəəsünaslıq ekspertizası təyin edilməli olduğu və ekspertiza tədqiqatlarının nəticələrinə dair (malların orta bazar qiymətinin müəyyən edilməsi üçün) rəv alınması üçün tərəfindən 12 aprel 2023-cü il tarixli 1400-013/0xxxx/003847 nömrəli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə daxil olmuş, xx.xx.2023-cü il tarixli, №9/2759 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 kvadratmetrinin qiyməti 18 manat olmaqla 298 kv.m qara rəngli təbii zamuş dərinin qiyməti 5364 manat, 1 kvadrat metrinin qiyməti 18 manat olmaqla 1388m2 qara rəngli, üzəri rənglənmiş təbii zamuş dəri 24984 manat, 1 kiloqramının qiyməti 5 manat olmaqla 355 kq “Səthi sıxlığı 25 q/m2-dən çox olmayan kimyəvi saplardan toxunmamış materiallar(Avaqqabı istehsalı üçün) qiyməti 1775 manat müəyyən edilmişdir. Beləliklə ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların ümumilikdə orta bazar qiyməti təxminən 32123 (otuz iki min yüz iyirmi üç) manat müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəvvən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Elmanado“ MMC tərəfindən idxal edilən 2-ci mal mövqeyində bəyan olunan heyvanların gönündən dəri (Avvaqabı istehsalı ücün, zamui) yükünün brutto çəkisi 1800 kq netto çəkisi 1746 kq, kvadrat metrəsi 1082 kvadrat metrə qeyd olunsada baxış zamanı müəvvən olundu ki brutto çəki 1637 kq netto çəki 1587 kq kvadrat metrə isə 1380 kvadrat metrədir. 3cü mal mövqeyində bəyan olunan keçi və çəpişlərin işlənmiş dərisi yükündə isə brutto 1315 kq , netto 1276 kvadrat metrəsi 758 kvadrat metrə qeyd olunsa da baxış zamanı müəvvən olundu ki brutto çəki 1123 kq netto 1073 kq , kvadrat metrəsi 2146 kvadrat metrədir. 4-cü mal mövqeyində bəvanan olunan səthi sıxlığı 25 q/kvadrat metrədən çox olmayan kimyəvi saplardan toxunmamış materiallar yükünün brutto çəkisi 7870 kq netto çəkisi 7634 kq deyil brutto 8225 kq, netto çəkisinin isə 7989 kq olduğu halda xx.xx.2023-ci il tarixli **********3631 sorğu nömrəli gömrük bəyannaməsində həmin yüklərin çəkisi, kvadratmetri düzgün bəvan edilməmişdir. Bununla da Şəxs MMC tərəfindən idxal edilən “Heyvanların gönündən dəri(Ayaqqabı istehsalı üçün, zamuş), “Keçi və çəpişlərin işlənmiş dəri (ayaqqabı istehsalı üçün), “Səthi sıxlığı 25 q/m2-dən çox olmayan kimyəvi saplardan toxunmamış materiallar (avaqqabı istehsalı ücün) yükləri gömrük orqanına düzgün bəvan edilməmişdir. Beləliklə aparılmış inzibati araşdırma nəticəsində müəvvən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs 32123 (otuz iki min yüz iyirmi üç) manat dəyərində yükü gömrük orqanına düzgün bəyan etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsində nəzərdə tutulan xətanı törətdiyi müəyyən edilmişdir. Məhkəmədə Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin rəis müvaini X4 tərtib olunmuş protokolla eyni məzmunlu ifadə vermiş və yük gömrük bəyamnaməsində dəri malların çəkiylə deyil, kvadrat metrlə hesablanması barədə izahat vermişdir. Məhkəmədə Şəxs MMC-nin nümayəndə və vəkili X5 izahatında göstərmişdir ki, tərtib olunmuş protokolla qismən razıdır. Şəxs MMC ayaqqabı və geyim əşyalarının istehsalı ilə məşğul olur. Bu səbəbdən şirkətin istehsal fəaliyyəti ilə əlaqədar müxtəlif ölkələrdən istehsal etdikləri malların xammallarını və digər hissələrini idxal edir. Bu günə qədər Şəxs MMC İran İslam Respublikasından idxal etdikləri dəri məhsullarını çəki hesabı ilə almış və Gömrük Bəyannamələrində də o cür qeyd etmişlər. Buna sübut kimi 2022-ci ildə və 2023-cü ilin yanvar ayında idxal olunan malların gömrük bəyannamələrini göstərmək olar. Belə ki, eyni mallar ölkəyə idxal olunan zaman çəki hesabı ilə bəyan edilmiş və heç bir problem olmamışdır. Yalnız bu ilin mart ayında Bakı Baş Gömrük İdarəsindən onlara malların çəki ilə deyil ədəd ilə vurulmalı olduğu bildirilmiş, buna etiraz etsələr də, barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolda Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad edilsə də, ekspert qarşısında qoyulan sual yalnız həmin malların bazar dəyərini ehtiva edir. Ekspertin qarşısında həmin malların çəki ilə bəyan edilməsində hansısa normativ hüquqi aktın tələbinin pozulub pozulmaması məsələsinə münasibət bildirilməsi göstərilməmişdir. Bundan başqa, raportda qeyd olunan **********3631 saylı gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan olunan malın 203 kq az olduğu və 4-cü mal mövqeyində bəyan olunan “Səthi sıxlığı 25 kvadratmetrdən çox olmayan kimyəvi saplardan toxunmamış materialları” yükünün çəkisi 355 kq artıq olduğu müəyyən olunmuşdur. Bu 2-ci malın statistik dəyəri 3.5 ABŞ dolları və 4-cü mal mövqeyinin statistik dəyəri 1.5 ABŞ dolları ilə hesablanır. Belə olan halda malların statistikası 724 ABŞ dolları artıq hesablanmış və Şəxs MMC tərəfindən əlavə olaraq 450 manat məbləğində gömrük ödənişi ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “İpək Yolu” Gömrük Postunun rəisi, gömrük xidməti polkovnik leytenantı Zəfər Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixində İran İslam Respublikasından 80E43110/80E43210 nömrəli avtomaşınla, 1402/01-07 saylı invoysla daxil olmuş və BBGİ-də **********3631 saylı gömrük bəyannaməsi ilə bəyan olunan Şəxs MMC-nin ünvanına gələn yüklərə gömrük baxışı keçirilən zaman 2-ci mal mövqeyində bəyan olunan heyvanların gönündən dəri (ayaqqabı istehsalı üçün, zamuj) yükünün brutto çəkisi 1800 kq, netto çəkisi 1746 kq, kvadrat metrəsi 1082 kvadrat metrə qeyd olunsada baxış zamanı müəyyən olundu ki, brutto çəki 1637 kq, netto çəki 1587 kq, kvadrat metrə isə 1380 kvadrat metrədir. 3-cü mal mövqeyində bəyan olunan keçi və çəpişlərin işlənmiş dərisi yükündə isə brutto 1315 kq, netto 1276 kvadrat metrəsi 758 kvadrat metrə qeyd olunsa da baxış zamanı müəyyən olundu ki, brutto çəki 1123 kq, netto 1073 kq, kvadrat metrəsi 2146 kvadrat metrədir. 4-cü mal mövqeyində bəyan olunan səthi sıxlığı 25 q/kvadrat metrədən çox olmayan kimyəvi saplardan toxunmamış materialları yükünün brutto çəkisi 7870 kq netto çəkisi 7634 kq deyil, brutto 8225 kq, netto çəkisinin isə 7989 kq olduğu aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli **********3631 nömrəli gömrük bəyannaməsindən görünür ki, İran İslam Respublikasında qeydiyyatda olan “X8” CO şirkətindən Şəxs MMC-nin ünvanına 13878,2 m² polivinilxlorid ilə örtülmüş və ya təkrarlanmış materialları (ayaqqabı istehsalı üçün) göndərilmişdir. Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2759 nömrəli ekspert rəyindən görünür ki, ekspertizada tədqiq edilmiş 3 adda təbii dərilərin və astarlıq parçanın ümumilikdə xx.xx.2023-cü il tarixdə orta bazar qiyməti təxminən 32123 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi onların əvvəllər idxal etdikləri dəri məhsulların əvvəllər də gətirdikləri halda problemlərinin olmadığını, idxal etdikləri məhsulların çəkil ilə deyil, kvadrat metrlə gətirilmələrinin hansı hüquqi aktda təsbit edilməsinin aydınlaşdırılmasını mübahisələndirsə də, inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi qeyd olunan halları təkzib etməklə məhkəmədə izah etmiş və bildirmişdir ki, dəri yükün qiyməti çəkiylə deyil kvadrat metrlə hesablanır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş materiallarında olan sübutları və hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraqməhkəmə, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin yəni, 32123 manatın 30 faizi – 9636.9 (doqquz min altı yüz otuz altı manat, doxsan qəpik) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar