Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-833/2024 03.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsəni Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs: X3 Patrul Xidmətinin inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, ünvan 1 ünvanında qeydiyyatda olan. (***-***-**-**) Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 aprel 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 Patrul Xidmətinin inspektoru, polis serjantı Rövşən Rəşidov bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələlərində Abşeron rayonu, Məhəmmədi kəndində “Jeep Patriot” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qucağında azyaşlı uşaq əyləşdirdiyinə görə ona, saxla əmri verilsə də sürücü onların qanuni tələblərinə tabe olmayaraq, avtomobili ara küçələrə sürmüş vətəndaşların narahatçılığına səbəb olacaq şəkildə hərəkətini davam etdirmişdir. Nəqliyyat vasitəsinin sürətini atrırıb azaltmaqla və digər belə hərəkətləri ilə avtoxuliqanlıq hərəkəti etmişdir. Onlar avtomobili saxladıqdan sonra özlərini təqdim etmiş və sürücünün sənədləri yoxlanan zaman məlum olmuşdur ki, onun nəqliyyat vasitəsini sürmüək üçün etibarnaməsi olmamışdır. Bundan sonra nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilərək, bildirmişdir ki, o, hadisə günü, yəni xx.xx.2024-cü il tarixdə atasına məxsus idarə etdiyi “Jeep Patriot” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobillə aptekə gedən zaman övladı onunla olmuş və o, uşağın iki yaşı olduğundan onu qucağında oturtmuşdur. Polis əməkdaşları onu saxlamaq istəyərkən məsuliyyətdən yaxa qurtarmaq üçün ara küçəyə daxil olaraq, polislərin onu saxlaya bilməyəcəyini düşünmüşdür. Etdiyi əməli bir daha təkrarlamayacağını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2024-cü il tarixdə idarə etdiyi “Jeep Patriot” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 332.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisənin görüntülərini əks etdirən diskdən görünür ki, “Jeep Patriot” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili qəflətən sürətləndirməklə müxtəlif manevlər edərək hərəkətdə olan digər sürücülər üçün təhlükə yaratması, habelə yol nişanlarının tələblərini pozması və digər hərəkət iştirakçılarına mane olması müşahidə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş əməlin Şəxs tərəfindən törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Abşeron rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə müvafiq olaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və törətdiyi inzibati xətaya görə səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən səmimi peşman olmasını, bundan əlavə cəmiyyətin maraqlarını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə cəzası tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın inzibati cərimə növündə tənbeh tədbirinə dair icrası şəxsin qeydiyyat yeri üzrə icra qurumuna, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Abşeron rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-833/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-833/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver