Məhkəmə qərarları › İş №3(012)-834/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-834/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-834/2024 03.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib edən: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar: "xxxx" ASC-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Ədalət Vəkil Bürosunun vəkili X5 iştirakı ilə xx.xx.1971-ci il tarixdə Gürcüstan Respublikasının Marnueli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 88302.26 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edimişdir. İş üzrə görülən icra tədbirləri ilə əlaqədar Şəxs məxsus ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0267 ha torpaq sahəsi açıq hərracdan satılmış və əldə olunmuş 17500 manat pul tələbkarın hesabına köçürülmüşdür. Bundan başqa borclu xx.xx.2024-cü ildı 200 manat və xx.xx.2024-cü il tarixlərdə 200 manat olmaqla cəmi 400 manat bankın hesabına borcundan ödəniş etmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi Qəhrəman Qarayev borcunun tam şəkildə ödəməsini, əks halda borclu barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məhərrəm Şamudorav barəsində tərtib edilmiş protokolla razılaşmayaraq, etiraz təqdim edərək, bildirdi ki, icra vərəqəsi üzrə ödənişlər etməməsi qərəzli xarakter daşımır. Belə ki, yaşayış yeri ipoteka predmeti olduğu üçün hərracdan satılmış, bundan sonra o və ailəsi kirayə yaşamaq məcburiyyətində qalmışdır, ailədə yeganə qazanc gətirən o, olmuşdur. İşlədiyi idarədə xəsarət aldığı üçün hazırda 4-5 aydır ki, işləyə bilmir. Buna baxmayaraq məsuliyyətini başa düşür və könüllü olaraq imkan daxilində borcundan ödəniş etmişdir. Mütəmadi olaraq borcundan ödənişlər həyata keçirməyə çalşacağına söz verdiyini qeyd edərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Ədalət Vəkil Bürosunun vəkili Yavər Yavərzadə məhkəmə iclasında iştirak edərək, icra məmurunun borclu ilə bağlı gördüyü icra tədbirlərini nəticəsində borcludan tələbin yönəldilə bilinəcəyi əmlak və gəlirin aşkar edilməməsini, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problemlərin olmasını, ödəməli olduğu borcu ödəməməsində qərəzlilik olmadığını və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 88302.26 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. “X2” "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 227/23 saylı hərrac yekunları barədə protokolundan görünür ki, Şəxs məxsus ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0267 ha torpaq sahəsi açıq hərraca qoyularaq satılmış və əldə olunmuş 17500 manat pul tələbkarın hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərə öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Beləliklə məhkəmə Şəxs hazırki icra vərəqəsi üzrə yaranmış borcdan bir hissəsini ödəməsini, barəsində ilk dəfə inzibati xəta haqqında protokol tərtib edilməsini, sağlamlıq vəziyyətini, qalan borcunu hissə-hissə ödəyəcəyini bildirməsini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar