Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-835/2020 22.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonunun Basqal kəndində qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 03 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi ərazisində sənədlərini tələb edən Abşeron rayon Pİ-in əməkdaşları ilə mübahisə etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X3 izahatında göstərmişdir ki, Abşeron RPİ-nin polis əməkdaşı Elnur Şahverdiyev tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2020-ci il tarixdə, saat 03 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi ərazisində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 03 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi ərazisində ehtibarnamə əsasında idarə etdiyi avtomobildə arvadı X2 ilə birlikdə olmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq, respublika ərazisində qarantin rejimi ilə əlaqədar ondan küçəyə çıxmağa icazəsi olub-olmadığını soruşaraq, sənədlərini təqdim etməyi tələb etmişlər. Sənədlərini təqdim edərək, polis əməkdaşlarına evdən çıxmağa icazəsi olduğunu bildirdikdə, polis əməkdaşları avtomobildə olan Qumrudan küçəyə çıxmağa icazəsi olub-olmadığını soruşaraq, Qumrudan sənədlərini təqdim etməsini tələb etdiklərinə görə əsəbiləşərək, polis əməkdaşları ilə mübahisə etmişdir. Həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. İşə əlavə edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(012)- 836/2020 saylı qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, AZA 002141 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 03:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-835/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-835/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver