Məhkəmə qərarları › İş №3(012)-837/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-837/2020

22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-837/2020 22.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-in BDYPİ ENB-in 712 saylı post patrul xidməti baş inspektoru Babaşov Müşviq Əli oğlunun, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cıildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran şəhəri, Şəhidlər xiyabanı, 31 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-in Yol Patrul Xidməti alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:10-da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək huququ olmadan, sərxoş vəziyyətdə, dostuna məxsus «CHANGAN HONOR» markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Quba yolunun 07-ci km-də, arxaya sürərkən, arxadan Bakı şəhəri istiqamətində hərəkətdə olan «FORD» markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, zərərçəkmişə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 334.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN-in BDYPİ ENB-in 712 saylı post patrul xidməti baş inspektoru Babaşov Müşviq Əli oğlu məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:10-da, dostuna məxsus «CHANGAN HONOR» markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Quba yolunun 07-ci km-də, arxaya sürərkən, arxadan Bakı şəhəri istiqamətində hərəkətdə olan «FORD» markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, zərərçəkmişə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı Şəxs dostuna məxsus avtomobillə yol nəqliyyat hadisəsi nəqliyyat vasitələrini idarə etmək huququ olmadan, sərxoş vəziyyətdə törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 334.3-cü maddələrinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, dostuna məxsus «CHANGAN HONOR» markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı-Quba yolunda Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yanacağı qurtamışdır. Avtomobili yolun kənarına çıxarmaq üçün avtomobili arxaya sürmüşdür. Həmin vaxt arxadan gələn «FORT» markalı avtomobillə toqquşmuşdur. Həmin gün evdə yemək yeyərkən spirtli içki içmiş və bundan sonra avtomaşını içkili vəziyyətdə idarə etmişdir. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, 2/8908 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:15-də müayinə olunarkən onda «Orta dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və ekspertizanın rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. ŞəxsAzərbaycan Respublikası İXM-nin 332.1, 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 334.3-cü madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.1 və 334.3-cü maddələr ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il, saat 16:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar