Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-837/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, X5 və X2 Abşeron rayon Polis İdarəsinin DYPŞ-nin rəisi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş TP ******* saylı, 24 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdikləri şikayət ərizəsinə 01 iyun 2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7 və X1 rayon Polis İdarəsinin DYPŞ-nin rəisi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş TP ******* saylı, 24 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, hər iki vətəndaş, yəni X7 və X3 eyni şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 barəsində Abşeron rayon Polis İdarəsinin DYPŞ-nin rəisi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş TP ******* saylı, 24 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişlər. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddələrinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuıxan səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1 və 132.1.2-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması məsələsi həll edilir. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Hazırkı vəziyyətdə hər iki vətəndaş, yəni X7 və X2 eyni şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsinin DYPŞ-nin rəisi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş TP ******* saylı, 24 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etməsi və iki fiziki şəxsin eyni anda digər fiziki şəxs barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququnun qanunvericilikdə təsbit olunmaması səbəbindən qeyd olunan şikayətə baxılması və ya inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi istisna edilir. Ona görə də qeyd olunan ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 100, 106- 111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X7 və X2 Abşeron rayon Polis İdarəsinin DYPŞ-nin rəisi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş TP ******* saylı, 24 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdikləri şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-837/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-837/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver