Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-838/2020 22.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, ev 02, mənzil 42-də qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2020-ci il 21 iyun saat 00:00-dan 05 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün məhdudiyyətlər tətbiq edildiyi vaxtda yəni, xx.xx.2020ci il tarixdə, saat 11:40-də, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində küçədə gəzərək, karantin rejimini pozulmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon polis idarəsinin İTŞ-in sahə rəisi Orxan İsmayılov tərəfindən verilmiş raporta əsasən Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, ev 02, mənzil 42-də qeydiyyatda olan Şəxs xx.xx.2020-ci il tarixdə, saat 11:40-də Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində küçədə gəzməklə karantin rejimini pozulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, respublika ərazisində qarantin rejimi ilə əlaqədar evdə olmuşdur. xx.xx.2020-ci il tarixdə səhər saatlarında yaşadığı binanın qarşısında olarkən, həmin vaxt onu polis əməkdaşları saxlatmış, respublika ərazisində qarantin rejimi ilə əlaqədar ona küçəyə çıxmağa icazəsi olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına evdən çıxmağa icazəsi olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağa tələb etməsinə baxmayaraq, Şəxs öz hərəkətlərini davam etdirməsini inzibati xətaya görə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il, saat 15:45-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-838/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-838/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver