Məhkəmə qərarları › İş №3(012)-839/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-839/2020

22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-839/2020 22.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs, Abşeron rayon polis idarəsinin sahə rəisi X1 iştirakı ilə, xx.xx.1966-cı ildə Ağcabədi rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Mehdiabad qəzəbəsi, Gənclər şəhərciyi, bina 04, mənzil 37-də yaşayan Şəxs Hüseyn oğlu barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Hüseyn oğlu xx.xx.2019-cu il tarixdə, saat 23 radələrində, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi bina 04, mənzil 37-də, pul istədiyinə görə aralarında yaranmış mübahisə zamanı sabiq arvadı Zərərçəkmiş şəxs boyun nahiyyəsindən yumruqla qəsdən vuraraq, ona fiziki ağrı yetirmişdir. Buna görə Şəxs Hüseyn oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs Hüseyn oğlunun göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi X2 izahatında göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi bina 04, mənzil 37-də yaşayan Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdə, saat 23 radələrində, yaşadığı evdə sabiq əri Şəxs Hüseyn oğlu tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs Hüseyn oğlunun əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞnə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs Hüseyn oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında İnzibati xəta törətmiş Şəxs Hüseyn oğlu verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Boşansalar da Zərərçəkmiş şəxs və iki övladları ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi bina 04, mənzil 37-də yaşayır. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində yaşadığı evə gəlmiş, qapı bağlı olduğundan Südabəyə zəng etsə də onun mobil telefonuna zəng çatmamış, getməyə yeri olmadığından blokda gözləməli olmuşdur. xx.xx.2019-cu il tarixdə, saat 00:30-da Südabə evə gəlmiş, evə gec gəlməsinə iradını bildirdikdə, Südabə ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Südabə onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə qarşılıqlı olaraq, Südabəni söyüb təhqir etmişdir. Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs Hüseyn oğlu onun keçmiş əridir. Boşandıqdan sonra birgə nikahdan iki az yaşlı övladları ilə birlikdə onunla bir yerdə yaşayır. Arzu mütəmadi olaraq, sərxoş vəziyyətdə evə gəlib onunla mübahisə edir. xx.xx.2019-cu il tarixdə Arzu içkili vəziyyətdə evə gəlmiş, sürücülük vəsiqəsini dəyişdirilməsi üçün ondan 1000 manat pul istəmişdir. Həmçinin avtomobil almaq üçün ondan maaş kartını girov qoyub kredit pul götürüb ona verməsini tələb etmişdir. İmtina etdikdə, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Arzu onun ünvanına nalayiq söyüşlər söyərək, onu təhqir etmişdir. Əsəbilərini cilovlaya bilməyən Arzu gözləmədiyi halda yumruqla boyun nahiyyəsindən vuraraq onu döymüşdür. Onu döyməsi barədə ərizə ilə Polis İdarəsinə müraciət etmişdir. Şəxs Hüseyn oğlundan şikayətçidir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 2133 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol bazunun 1/3-nin iç səthinin və sol saidin yuxarı 1/3-nin ön səthinin sıyrıqları küt-bərk əşyanın təsirindən törənmişdir. Müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, 346-348 saylı protokoldan görünür ki, Şəxs Hüseyn oğlu xx.xx.2020-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs Hüseyn oğlunun inzibati xətanı törətməsində təqsirli olması zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı və ekspertizanın rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs Hüseyn oğlu barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs Hüseyn oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs Hüseyn oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun inzibati həbs edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Hüseyn oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il, saat 12:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar