Məhkəmə qərarları › İş №3(012)-839/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-839/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-839/2022 27.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Şəxs Elməddin oğlunun və onun müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2002-cü il tarixdə Ağdam rayonu Suma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam Rayonu Güllücə Ərazi Dairəsi Suma kəndində qeydiyyatda olan və Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində yaşayan Şəxs Elməddin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin DYP-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Elməddin oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.4-cü maddələri (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron DYP-nin polis leytenantı X8 tərəfindən tərtib edilmiş 23.05.2022-ci il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs Elməddin oğlu 06 yanvar 2022-ci il tarixdə saat 10 radəiərində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «VAZ 2107» markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində hərəkətdə olarkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin tələblərini pozaraq əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfiqi nişanlama xəttinin olmasını nəzərə almalı, həmin xətti kəsərək ötmə əməliyyatı etmək üçün avtomobili qarşı hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükə şəraiti yaratmamalı olduğu halda bu tələblərə riayət etməyərək ötmə əməliyyatı edərək idarəetməni itirərək qarşıda sağ hərəkət zolağında hərəkətdə olan X5 etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi ilə toqquşmuş, nəticədə Toyota Prius markalı avtomobilsağa doğru istiqamətlənib sağ tərəfdə X2 etibarnamə əsasında idarə etdiyi «Toyota Corolla» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfi ilə toqquşmuş nəticədə E.Əliyevin sol təpə gicgah nahiyəsinin geniş ölçülü dərialtı hematoması ilə nəticələnən sağlamlığına Yüngül zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elməddin oğlu inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 3-cü qrup Qarabağ əlilidir. X1 01.08.2021 -ci il tarixdə X6 etibarnamə əsasında onun üçün VAZ-2107 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini almışdır. Lakin onun sürücülük vəsiqəsi olmadığından avtomobili idarə etməmişdir. 06 yanvar 2022-ci il tarixdə o, evlərinin yaxınlığındakı avtoyuma məntəqəsinə aparmaq üçün avtomobili idarə edərkən sözügedən hadisə baş vermişdir. İzahatının sonunda barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. 11.01.2022- ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində fərdi evdə yaşayan Hadıyev X4 RPİ-nə ərizə ilə müraciət edərək 06.01.2022-ci il tarixdə saat 10 radələrində Masazır qəsəbəsi, Ə.Vahid küçəsində idarə etdiyi, VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qarşısında hərəkət edən Toyota Prius markalı avtomobillə toqquşması, həmin vaxt bir nəfər şəxs onun yaxasından tutub avtomobili sürətlə sürməsinə görə iradını bildirdiyindən, bununla bağlı DİN-nin 102 xidmətinə məlumat verməsi, lakin həmin şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Hadisə yerinə baxış keçirilərək müvafiq protokol və hadisə yerinin sxemi tərtib edilmişdir. Araşıdrma zamanı izahatı alınmış X7 bildirmişdir ki, etibarnamə əsasında Toyota Corolla markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir. 06 yanvar 2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi avtomobili ilə Abşeron rayonu, Masazır kəndi Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində saatda 40-50 km sürətlə hərəkətdə etmişdir. Masazır klinikasını keçdikdən sonra ondan arxada hərəkətdə olan «Toyota Prius» markalı avtomobil arxa sol tərəfdən vurmuş və zərbə nəticəsində avtomobilinin istiqaməti dəyişib əks yola çıxıb qarşı tərəfi yolun sol kənarı istiqamətində dayanmışdır. Hadisə nəticəsində başı sol qapının şüşəsinə dəydiyi üçün başında ağrı hiss etmişdir. Sonra avtomobildən düşmüş, həmin vaxt özünü narahat hiss etdiyi üçün yaxınlıqdakı poliklinikaya getmişdir. Orada ona tibbi yardım göstərilmişdir.Hadisə yerinə gələn yol polisləri onun və «Toyota Prius» markalı avtomobilin sürücüsünün sənədlərini götürmüşlər. Həmin vaxt polis əməkdaşları ondan xəsarət alıb-almamasını soruşmuşlar. O, heç bir xəsarəti olmadığını bildirmiş, bir azca başının ağrıdığını demişdir. Hadisə zamanı avtomobilinin arxa sol tərəfi əzilərək deformasiyaya uğramışdır. O, hadisə yerindən yaşadığı evə gəlmişdir. Evdə olanda özünü pis hiss edib ürəyi bulandığı üçün qaytarmışdır. Sonra təcili yardım çağırmışlar. Təcili yardım həkim ona tibbi yardım göstərmiş və başında ağrı olduğu üçün onu Bakı şəhəri 1 saylı kliniki xəstəxanaya aparmışlar. Orada müayinə olunduqdan sonra evə buraxılmışdır. Axşam özünü yaxşı hiss etmədiyi üçün yenidən 1 saylı kliniki tibbi mərkəzə getmişdir. Həkim müalicə yazmış və sonra evə buraxılmışdır. Onun əvvəldən başında şiş olmuş və həmin şişlə bağlı müalicə almışdır. Araşıdrma zamanı izahatı alınmış X9 bildirmişdir ki, Bakı şəhərində Badamdar qəsəbsindəki avtoservisdə oturacaq üzlənməsi fəaliyyəti ilə məşğul olur. Etibarnamə əsasında «Toyota Prius» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 06 yanvar 2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi «Toyota Prius» markalı avtomobillə Abşeron rayonu Masazır qəsəbsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Masazır poliklinikasını keçəndən sonra ondan arxadan gələn VAZ-2107 markalı avtomobilin sürücüsü sürəti artırıb əks yola çıxıb ötmə edərkən həmin avtomobilin qabaq sağ tərəfi onun idarə etdiyi avtomobilin arxa sol qanadından sonra isə qapı və qabaq qanadı ilə toqquşmuş, nəticədə avtomobili istiqamətini sağa doğru dəyişib sağ tərəfində qarşıda hərəkət edən Toyota Corolla markalı avtomobilin arxa sol qanadına dəymiş və həmin avtomobil istiqamətini dəyişib sola dönüb əks istiqamətdə dayanmışdır. Hadisə nəticəsində o, hər hansı bir xəsarət almamışdır. Avtomobilinin arxa sol qanadı, arxa sol qapısı, qabaq sol qapısı, qabaq sol qanad və qabaq sağ qanadı əzilərək deformasiyaya uğramışdır. Hadisə ərəfəsində o, atomobili sağ hərəkət zolağının sol tərəfi ilə saatda 50 km sürətlə idarə etmişdir. Arxadan gələn VAZ-2107 markalı avtomobil isə əks yola çıxıb ötmə etmək istəyərkən arxadan onun avtomobilinin sol tərəfindən vurmuş və nəticədə avtomobili zərbə nəticəsində sağ tərəfə istiqamətlənib qarşıda sağda hərəkətdə olan Toyota markalı avtomobillə toqquşmuşdur. Yol polisi gəlib hadisə barədə maraqlanmış və sənədlərini almışdır. Həmin vaxt digər avtomobilin sürücüləri xəsarət almamışlar. Lakin sonradan məium olmuşdur ki, Toyota markalı avtomobilin sürücüsü başından travma aldığı üçün xəstəxanaya müraciət etmişdir. Hadisə vaxtı avtomobilində iki nəfər sərnişin olmuşdur.Sərnişinlər xəsarət almamışdır. Araşıdrma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, 3-cü qrup Qarabağ əlilidir. X1 01.08.2021 -ci il tarixdə X6 etibarnamə əsasında onun üçün VAZ-2107 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini almışdır. Lakin onun sürücülük vəsiqəsi olmadığından avtomobili idarə etməmişdir. 06 yanvar 2022-ci il tarixdə o, avtomobili evlərinin yaxınlığındakı avtoyuma məntəqəsinə aparmaq üçün idarə edib Masazır qəsəbəsi Ə.Vahid küçəsində Masazır dairəsi istiqamətində hərəkət edərkən idarəetməni itirib qarşısında hərəkətdə olan Toyota Prius markalı avtomobilin sol tərəfindən toqquşmuş, nəticədə həmin avtomobil digər «Toyota Carola» markalı avtomobillə toqquşmuşdur. Həmin vaxt avtomobildə tək olmuş və hadisə nəticəsində heç bir xəsarət almamışdır. Toqquşma əks yolda baş vermişdir. O, məsafə az olduğu üçün avtomobili saxlaya bilməmişdir və ehtiyatsızlıqdan avtomobilinin qabaq sağ tərəfi Toyota prius markalı avtomobillə toqquşmuşdur. İdarə etdiyi avtomobilin qabaq sağ qanadı və qabaq və arxa sağ qapıları və arxa qanad sürtülərək əzilmişdir. O, avtomobili yumaq üçün idarə etmiş və yaxın məsafə olduğu üçün özü idarə etməli olmuşdur. Anasına avtomobili yumağa aparmasini demişdir. Həmin vaxt Toyota Prius markalı avtomobilin sürücüsünün tanışı ona yaxınlaşıb yaxasından tutub , maşını nəyə görə sürətlə idarə etməsini irad kimi bildirmişdir. O, bu səbəbdən DİN- nin 102 xidmətinə məlumat vermişdir. Həmin şəxs onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Araşdırma zamanı Şəxs nəqliyyət vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilmişdir. Hadisənin digər iştirakçıları olan X5 və X2 nəqliyyat vasitəsini idarə etmək hüquqlarının olduğu müəyyən edilmişdir. Məhkəmə Tibbi Ekspertizasının 07.01.2022-ci il tarixli, 33 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol təpə gicgah nahiyəsinin geniş ölçülü dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə yəni 06.01.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığı Yüngül zərər vurmaya aiddir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.8 və 332.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə Şəxs Elməddin oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs Elməddin oğlu inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs Elməddin oğluna törətmiş olduğu inzibati xətaya görə 327.8 və 332.4cü madddələrini sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Elməddin oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən 3-cü qrup müharibə əlili olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, yəni 3-cü qrup Qarabağ əlili olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Elməddin oğlu Azərbaycan Respublikasının İXM-nin 327.8 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar