Məhkəmə qərarları › İş №3(012)-84/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-84/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-84/2025 22.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı Regional Şöbəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 16 dekabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozulmuş, belə ki, Gəncə şəhəri Göygöl rayonu Topalhəsənli kəndinə gedən yolun sağ hissəsində yerləşən N saylı hərbi hissədə binaların rənglənmə prosesində iştirak edən X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək münasibətlərinə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X4 "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Göygöl Rayon Prokurorluğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə daxil olmuş məktub əsasında araşdırılma aparılmış və müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də "xxxx" MMC-nin barəsində MN seriyalı ******* nömrəli, 16 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X8 izahatında göstərdi ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman X9 Xidmətinin Abşeron Xızı Regional Şöbəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış, təqdim edilmiş məlumat tam, obyektiv, hərtərəfli araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda adı qeyd edilmiş şəxs X7 "xxxx" MMC-nin işçisi olmamışdır. "xxxx" MMC ilə İcraçı X5 arasında xx.xx.2023-cü il tarixli, №08/11/23 saylı xidməti müqavilə bağlanmış və müqavilənin müddəti 1 il müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəmə tapşırığı üzrə Xidməti müqaviləyə görə 14518(on dörd min beş yüz on səkkiz) manat məbləğində pul İcraçı X3 VÖEN ********** hesabına köçürülmüşdür.Ödəniş tapşırığından göründüyü kimi ödənişin təyinatı xx.xx.2023-cü il tarixli müqavilədir.X7 "xxxx" MMC-nin şirkətində işləməmiş, hər hansı bir işin görülməsinə cəlb edilməmişdir . Azər Qocayev işin nəticəsinin yoxlanması ilə bağlı ola bilsin ki, onu Qabil Süleymanovun vasitəsi ilə işçilər, o cümlədən Syavuş Yunusov tanıyıb. İş materiallarından da göründüyü kimi Göygöl rayon prokuroru tərəfindən 25 iyun 2024-cü il tarixli X1 və qeyrilərinin X2 sistemi vasitəsi ilə əldə edilmiş əmək müqaviləsi məlumatları , 01.1.2023-cü il tarixli 08/113 saylı xidməti müqavilə ilə həmin şəxslərin 2023-cü ilin dekabr ayında Göygöl rayonu Topalhəsənli kəndində yerləşən H saylı hərbi hissənin binasının fasadının rənglənməsinə cəlb olunmaları müəyyən edilir.Bu əsasda Vəzifəli şəxs X3 barəsində İXM-nin 192.1 maddəsi ilə inzibati icraat başlanması qərara alınmışdır. Hazırki, iş üzrə "xxxx" MMC-nin göründüyü kimi təqsiri yoxdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə X12 arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək MMC-nin icraçı direktoru olmuşdur. xx.xx.2023-cü il tarixli, №08/11/23 saylı Xidməti müqavilədən görünür ki, "xxxx" MMC ilə İcraçı fərdi sahibkar (VÖEN **********) X5 arasında 1 il müddətinə müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, İcraçı və ya onun əməkdaşı bu müqavilə üzrə öz öhdəliklərini icra edərkən, Sifarişçinin əməyin təhlükəsizliyi qaydalarına əməl etməyə borcludur. Xidmət zamanı həmin qaydalara əməl edilməməsi nəticəsində, baş verən bədbəxt hadisələrə görə Sifarişçi məsuliyyət daşımır. xx.xx.2023-cü il tarixli, 29506169 saylı ödəmə tapşırığı üzrə Xidməti müqaviləyə görə 14518(on dörd min beş yüz on səkkiz) manat məbləğində pul İcraçı X3 VÖEN ********** hesabına köçürülmüşdür.Ödəniş tapşırığından göründüyü kimi ödənişin təyinatı xx.xx.2023-cü il tarixli müqavilədir. İcraçı X3 xidməti müqavilə üzrə vəzifəsi Göygöl rayonu Topalhəsənli kəndində yerləşən N saylı hərbi hissənin binasının fasadının rənglənməsi olmuşdur. Portaldan çıxarışdan görünür ki, X7 "xxxx" MMC ilə hər hansı münasibətdə olmamışdır. Göygöl rayon prokuroru tərəfindən 25 iyun 2024-cü il tarixli X1 və qeyrilərinin X2 sistemi vasitəsi ilə əldə edilmiş əmək müqaviləsi məlumatları , 01.1.2023-cü il tarixli 08/113 saylı xidməti müqavilə ilə həmin şəxslərin 2023-cü ilin dekabr ayında Göygöl rayonu Topalhəsənli kəndində yerləşən H saylı hərbi hissənin binasının fasadının rənglənməsinə cəlb olunmaları müəyyən edilir.Bu əsasda Vəzifəli şəxs X3 barəsində İXM-nin 192.1 maddəsi ilə inzibati icraat başlanması qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar "xxxx" MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla "xxxx" MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. "xxxx" MMC ilə İcraçı X5 arasında xx.xx.2023-cü il tarixli, №08/11/23 saylı xidməti müqavilə bağlanmış və müqavilənin müddəti 1 il müəyyən edilmişdir.Bundan az sonra "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli ödəmə tapşırığı üzrə Xidməti müqaviləyə görə 14518(on dörd min beş yüz on səkkiz) manat məbləğində pul İcraçı X3 VÖEN ********** hesabına köçürülmüşdür.Ödəniş tapşırığından göründüyü kimi ödənişin təyinatı xx.xx.2023-cü il tarixli Xidməti müqavilədir.X7 "xxxx" MMC-nin şirkətində işləməmiş, hər hansı bir işin görülməsinə cəlb edilməmişdir. Azər Qocayev işin nəticəsinin yoxlanması ilə bağlı ola bilsin ki, onu Qabil Süleymanovun vasitəsi ilə işçilər, o cümlədən Syavuş Yunusov tanıyıb. İş materiallarından da göründüyü kimi Göygöl rayon prokuroru tərəfindən 25 iyun 2024-cü il tarixli X1 və qeyrilərinin X2 sistemi vasitəsi ilə əldə edilmiş əmək müqaviləsi məlumatları , 01.1.2023-cü il tarixli 08/113 saylı xidməti müqavilə ilə həmin şəxslərin 2023-cü ilin dekabr ayında Göygöl rayonu Topalhəsənli kəndində yerləşən H saylı hərbi hissənin binasının fasadının rənglənməsinə cəlb olunmaları müəyyən edilir.Bu əsasda Vəzifəli şəxs X3 barəsində İXM-nin 192.1 maddəsi ilə inzibati icraat başlanması qərara alınmışdır. X5 işdə olan izahatından X6 tanımadığını bildirməsi onun özünün inzibati məsuliyyətdən yaynması kimi qiymətləndirilir. Beləliklə də, təqdim olunmuş mötəbər sübutlarla X4 "xxxx" MMC-də hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmədiyi təsdiq olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 16 dekabr 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, inzibati xəta hadisəsi 2023-cü ilin dekabr ayında olmuşdur. Hal hazırda isə həmin vaxtdan bir 04 aya yaxın bir vaxt keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar