Məhkəmə qərarları › İş №3(012)-840/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-840/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-840/2025 18.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 oğlunun Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə 22 fevral 1987-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Yevlax rayonu, Nizami prospekti, 39 D 2 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 07 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 16 mart 2021-ci l tarixli, 2(012)- 1483/2021 və 28 noyabr 2024-cü l tarixli, 2(012)-5449/2024 saylı icra sənədləri üzrə təyin olunmuş aliment məbləğlərini ödəyə bilmir. Belə ki, Abşeron rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(012)-1483/2021 saylı icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxsnən xeyrinə 05 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında aliment, habelə 05 iyul 2018-ci il təvəllüdlü X2 03 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində aliment tutulması, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 06 aprel 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Abşeron rayon Məhkəməsinin 8(012)-96-2025 saylı, 19 fevral 2025-ci il tarixli qərardadına əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci l tarixli, 2(012)-1483/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs ölkədən getmə hüququ icra vərəqi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra Abşeron rayon Məhkəməsinin 28 noyabr 2024-cü l tarixli, 2(012)-5449/2024 saylı icra vərəqəsinə əsasən iddia təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 16 mart 2021-ci l tarixli, 2(012)- 1483/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, 05 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməsi, Şəxs tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması, mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 04 fevral 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra borclu ohdəliyini icra etməkdən yayındığı və icra şöbəsinə gəlmədiyi üçün barəsində 10 fevral 2025-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icrasından qərəzli şəkildə yayınmış, barəsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticə verməmişdir. Hazırda ödənilməmiş 1310 manat aliment borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək, bildirdi ki, Şəxs tərəfindən ona borclu olduğu ica vərəqələri üzrə yaranmış 1310 manat məbləğində aliment borcunun ödənilməsi ilə aralarında razılığa gələrək, sonuncu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında bildirdi ki, o, icra sənədləri ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçırmır, sadəcə işi müvəqqəti olaraq dayandığından aliment borcunu icra edə bilməmişdir. O, hazırda tələbkara olan 1310 manat məbləğində aliment borcunun ödənilməsi ilə bağlı razılığa gələrək, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Abşeron rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(012)-1483/2021 saylı qətnaməsinə əsasən Şəxs Zərərçəkmiş şəxsnən xeyrinə 05 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında aliment, habelə 05 iyul 2018-ci il təvəllüdlü X2 03 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində aliment tutulması, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir:

2. Abşeron rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(012)-1483/2021 saylı qətnaməsi 06 aprel 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmaqla, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Abşeron rayon Məhkəməsinin 8(012)-96/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərardadına əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1483/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs ölkədən getmə hüququ icra vərəqi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır;

4. Abşeron rayon Məhkəməsinin 28 noyabr 2024-cü l tarixli, 2(012)-5449/2024 saylı icra vərəqəsinə əsasən iddia təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 16 mart 2021-ci l tarixli, 2(012)-1483/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, 05 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməsi, Şəxs tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması, mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir;

5. Abşeron rayon Məhkəməsinin 28 noyabr 2024-cü l tarixli, 2(012)-5449/2024 saylı qətnaməsi 04 fevral 2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmaqla, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

6. Abşeron rayon Məhkəməsinin 8(012)-96/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərardadına əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1483/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs ölkədən getmə hüququ icra vərəqi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır.;

7. Abşeron rayon Məhkəməsinin 28 noyabr 2024-cü l tarixli, 2(012)-5449/2024 saylı icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 10 fevral 2025-ci il tarixdə barəsində axtarış elan edilmişdir.

8. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizədən görünür ki, borclu ilə aralarında barışıq əldə olduğundan Şəxs barəsində tərtib edilmiş inzibati protokol əsasıında iş üzrə icraata xitam verilməsini xahiş edir .

Məhkəmə, icra işinin materiallarını tədqiq edərək, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs Abşeron rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(012)-1483/2021 və Abşeron rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(012)-5449/2024 saylı icra sənədləri üzrə aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs tərəfindən icra sənədləri üzrə borcun ödənilməsinə yönəlmiş yuxarıda göstərilən hərəkətlər onun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmadığını, həmçinin icra sənədi üzrə borc məbləğinin ödənişi ilə əlaqədar tələbkarla aralarında razılığa gəlməsini nəzərə alaraq, hesab edir ki, onun əməlində inzibati tərkibi yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğluna 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat mnat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar