Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-841/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, “Günay” firması barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN1760258 saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: “Günay” firmasının direktoru X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN1760258 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, “Günay” firmasının direktoru X1 ərizəsində xx.xx.2023-cü il tarixli, MN1760258 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, “Günay” firmasının direktoru X1 tərəfindən verilmiş şikayət düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələri inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma fəslinə aiddir. Belə ki, qanunvericilkdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığı halda “Günay” firmasının direktoru X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN1760258 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmiş, lakin inzibati qərarın ləğvini xahiş etməmiş və həmin qərarı məhkəməyə təqdim etməmişdir.İnzibati xəta haqqında protokoldan şikayət isə qanunda nəzərdə tutulmamışdır. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə protokoldan şikayət ərizəsi düzgün tərtib olunmadığı üçün “Günay” firmasının direktoru X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalı və qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN1760258 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə “Günay” firmasının direktoru X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-841/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-841/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver