Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-841/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxx 1998-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "ofisant" çalışan, Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 07 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(111)-7/2024 saylı icra vərəqəsinə əsasən 30 acqust 2023-cü il tarixdən hesablanmaqla Şəxs hər ay sabit pul məbləğində 220 manat aliment tutularaq, 05 iyun 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası X4 ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 16 fevral 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra Abşeron rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 8(012)-234/2024 saylı qərardadına əsasən Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu icra sənədi üzrə tələbi icra etmədiyindən barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuş və Abşeron rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından barəsində 18 mart 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Hazırki vaxta qədər icra vərəqəsi üzrə yaranmış borcundan ödəniş etmişdir. Onun hazırda 3360 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, hazırki vaxtadək aliment borcundan ödəniş etməməsi qərəzli xarakter daşımır, sadəcə olaraq maddi imkanı hər ay mütəmadi olaraq ödəniş etməyə imkan vermir. Bundan başqa onun icra məmuru tərəfindən çağrışlara gəlməməsinin səbəbi Qubadlıda işləməsi ilə əlaqədar olmuşdur. Yaranmış borcundan 100 manat məbləğində ödəniş edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qumru Qasımova məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək, bildirdi ki, o, icrə vərəqələri üzrə ödənişi etməkdən yayınmır, sadəcə mobil telefonunun ekranı zədələndiyindən icra məmurunun çağırışlarıdan xəbərsiz olmuş və bununla da şöbəyə gələ bilməmişdir. Onun icra vərəqəsinin icrasından yayınmaq fikri olsaydı tələbkarlara olan borcundan ödəniş etməzdi. Qısa zaman müddətində borcunu ödəməyə çalışacağını bildirməklə, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(111)-7/2024 saylı icra vərəqəsinə əsasən 30 avqust 2023-cü il tarixdən hesablanmaqla Şəxs hər ay sabit pul məbləğində 220 manat aliment tutularaq, 05 iyun 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası X4 ödənilməsi qət edilmişdir;
2. Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(111)-7/2024 saylı icra vərəqəsi 16 fevral 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq, icraata başlama haqqında qərar qəbul edilmişdir;
3. Abşeron rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 8(012)-234/2024 saylı qərardadına əsasən Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır;
4. Qasımov X5 Muxtar Respublikası Kəngərli rayon Məhkəməsinin 12 fevral 2024cü il tarixli, 2(111)-7/2024 saylı icra sənədi üzrə tələbi icra etmədiyindən barəsində protokol tərtib edilmiş və Abşeron rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir;
5. Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından barəsində 18 mart 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs qızı icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs qızının əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, xeyli miqdarda aliment borcunun olmasını, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində həbslə bağlı olmayan tənbehin verilməsinin məqsədə uyğun olmadığını, inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 07 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov