Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-845/2020 25.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi,protokolu tərtib edən şəxs Abşeron rayon Polis idarəsinin polis mayoru X1, müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Şamaxı rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon Polis idarəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokollardan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 21.35 dəqiqədə Novxanı kəndində H.Əliyev küçəsində manevr qaydasını pozaraq hərəkətdə olan Mercedes markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur.. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sürücünün sürücülük hüququ yoxdur. Məhkəmə iclasında dindirilmiş Abşeron rayon Polis idarəsinin İTŞ-nin sahə rəisi X2 protokola uyğun izahat verməklə məhkəmədən onun barəsində inzibati məsuliyyətə cəlb olunub barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında əməlindən peşman olduğunu bildirmişdir. İzahatının sonunda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib edən şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsirliyi tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə Şəxs səmimi peşmanlığını, öz deməsinə görə 2 azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs şəxsiyyətini, 2 azyaşlı övladının olmasını, səmimi peşmançılığını nəzərə almaqla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-845/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-845/2020
25.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver