Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-85/2021 07.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (***-***-**-**) barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında çıxış etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu ərazisində yerləşən “Şamlıq” adlanan restoranda videobloqer (jurnalist) kimi fəaliyyət göstərən X6 ilə restoranda müştəri qismində iştirak edən Şəxs arasında şəxsi münasibətlər zəminində, yəni ara məsafəsi saxlanılmaması səbəbindən baş vermiş mübahisə zamanı, Şəxs əlləri ilə Ata Abdullayevin bədən nahiyəsinə vuraraq, sonuncuya fiziki ağrı yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Xırdalan şəhəri ərazisində yerləşən “Şamlıq” adlı restoranda zəfər bayramı ilə əlaqədar olaraq zalda əyləşib yemək yeyərkən həmin vaxt jurnalist kimi tanıdığı Ata Abdullayev polis əməkdaşları ilə birlikdə içəri daxil olaraq yüksək səslə canlı yayında video çəkiliş aparmağa başlamışdır. Bu zaman Ata Abdullayev ona yaxınlaşaraq qışqırıb spirtli içki qəbul etdiyini və guya toy şənliyi keçirildiyini deməyə başlamışdır. Buna görə də Ata Abdullayev ilə aralarında sözlə mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Ata Abdullayev onun üzərinə gəldiyi üçün o da əli ilə sonuncunu kənara itələmiş, lakin polis əməkdaşları onları sakitləşdirmiş, o da əsəbləşərək Ata Abdullayevin ünvanına nalayiq söz (“şərəfsiz”) işlətmişdir. Bundan başqa aralarında başqa heç bir münaqişə baş verməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır və bağışlanmasını xahiş edir. Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Xirdalan şəhəri. "Şamlıq” adlı restoranda karantin qaydalarının kobud surətdə pozulması və restoranda 30-35 nəfər şəxsin iştirakı ilə toy şənliyi və ya ziyafət keçirilməsi barədə ona məlumat daxil olmuşdur. Məclisin keçirilməsinə tam əmin olduqdan sonra Abşeron rayon Polis İdarəsinə karantin rejiminin pozulması barədə məlumat vermiş və polis əməkdaşları ilə birlikdə sözügedən restorana getmişdir. Həmin vaxt “Şamlıq” restoranında mobil telefonla canlı yayımla çəkiliş edərkən şənlikdə iştirak edən 50 yaşlarında orta boylu kişi onun peşə fəaliyyətinə maneçilik edərək ünvanına təhqiredici sözlər deyərək onunla sözlə mübahisə etmiş və yumruqla onun bədəninə vurmuşdur. Baş vermiş mübahisə 3-5 dəqiqə restoranın içərisində, daha sonra isə həyətində davam etmişdir. O, da bundan sonra telefonla DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini, həmin vaxt orada tanımadığı şəxslər və polis əməkdaşları olduğunu göstərmişdir. Hazırda şikayətçidir, Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli 2599 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı döş qəfəsinin sağ yan səthində olan ağrı sindromu şikayəti xəsarətlə (yara, qançır, sıyrıq və.s) müşayiət olunmadığına görə ağırlıq dərəcəsinin təyinində nəzərə alınmamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, Abşeron rayon X5 Şöbəsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ İTŞ-yə göndərilmişdir. Məhkəmə prosesində baş vermiş hadisənin videogörüntüsünə baxış keçirilmiş və protokolda qeyd olunan hallar öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu ərazisində yerləşən “Şamlıq” adlanan restoranda videobloqer (jurnalist) kimi fəaliyyət göstərən X6 ilə restoranda müştəri qismində iştirak edən Şəxs arasında şəxsi münasibətlər zəminində, yəni karantin rejimi qaydasının pozulması səbəbindən baş vermiş mübahisə zamanı, Şəxs əlləri ilə Ata Abdullayevin bədən nahiyəsinə vuraraq, sonuncuya fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, kamera görüntüsü və ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs yaşını, səmimi peşmanlığını iş üzrə cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə yüngülləşdirici halları nəzərə almaqla hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-85/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-85/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver