Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-85/2022 26.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2 Tanrıverdiyev küçəsi, ev 1, mənzil 1 qeydiyyatda olmaqla yaşayan (055)(070)-224-14-22 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16.12.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 27.10.2021 -ci il tarixdə Şəxs etibarnamə ilə idarə etdiyi Mersedes Benz C-300 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsi 28 May küçəsində hərəkətdə olan zaman, idarəetməni itirməsi nəticəsində avtomobil sürüşərək yolun əks istiqamətinə doğru dövrə vurmuş, bu zaman əks istiqamətdə hərəkətdə olan X2 etibarnamə əsasında idarə etdiyi Hyundai Accent markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində özü dərəcəsi təyin edilməyən xəsarət, X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdır. Təsvir edilən şəraitdə Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin yaranması istisna olunsa da, onun xətası üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hyundai Accent markalı avtomobilin sürücüsü X3 yüngül dərəcəli bədən xəsarətləri aldığı üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 27.10.2021 -ci il tarixdə Şəxs etibarnamə ilə idarə etdiyi Mersedes Benz C-300 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsi 28 May küçəsində hərəkətdə olan zaman, idarəetməni itirməsi nəticəsində avtomobil sürüşərək yolun əks istiqamətinə doğru dövrə vurmuş, bu zaman əks istiqamətdə hərəkətdə olan X2 etibarnamə əsasında idarə etdiyi Hyundai Accent markalı **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində özü dərəcəsi təyin edilməyən xəsarət, X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdır. Təsvir edilən şəraitdə Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin yaranması istisna olunsa da, onun xətası üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hyundai Accent markalı avtomobilin sürücüsü X3 yüngül dərəcəli bədən xəsarətləri alması Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmış və qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 27.10.2021 -ci il tarixdə Şəxs etibarnamə ilə idarə etdiyi Mersedes Benz C-300 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsi 28 May küçəsində hərəkətdə olan zaman, idarəetməni itirməsi nəticəsində avtomobil sürüşərək yolun əks istiqamətinə doğru dövrə vurmuş, bu zaman əks istiqamətdə hərəkətdə olan X2 etibarnamə əsasında idarə etdiyi Hyundai Accent markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində özü dərəcəsi təyin edilməyən xəsarət, X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdır. Təsvir edilən şəraitdə Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin yaranması istisna olunsa da, onun xətası üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hyundai Accent markalı avtomobilin sürücüsü X3 yüngül dərəcəli bədən xəsarətlərin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-85/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-85/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver