Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-850/2020 26.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, NuruyevaNüşabəƏləddinqızınınkatibliyiilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, nəzarətçi vəzifəsində çalışan, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Q.Nəbi küçəsində yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs xx.xx.2020-ci il tarixdə, saat 03-45 radələrində Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində sərxoş halda karantin rejiminin qaydalarını pozmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsiində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru Samir Hüseynov məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 03:45 radələrində Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində 2 nəfər karantin rejimi qaydalarını şəxsləri saxlamış və şəxsiyyətlərini aydınlaşdırarkən Şəxs sərxoş halda onlara yaxınlaşıb həmin şəxslərin onların qohumları olduğunu deyib və özünü isə jurnalist kimi təqdim edib onları buraxmağı tələb etdiyini, əgər buraxmasalar şikayət edib onları işdən qovduracağını bidlirdikdə onun da karantin rejiminin qaydalarını pozduğu müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs ifadəsində göstərdi ki, polis işçiləri Abşeron Gənclər şəhərciyində 2 nəfər karantin rejimi qaydalarını pozmuş şəxsləri saxlayıb, şəxsiyyətlərini aydınlaşdırarkən o, 8103 icazə sisteminin tələblərinə riayət etməyərək sərxoş halda onlara yaxınlaşıb həmin şəxslərin onların qohumu olduğunu deyib özünün isə jurnalist kimi təqdim edib onları buraxmağı tələb etdiyini, əgər buraxmasalar onları şikayət edib işdən qovduracağını bildirmiş, polis işçiləri onun da karantin rejimi qaydalarını pozduğunu müəyyən etmiş və onu Pİ-nə dəvə etmişlər. Sonda o, tutuduğu əməldən peşman olduğunu əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olansərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə 2/4326 protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğu orta dərəcədədir. İş materiallarında olan xx.xx.2020-cil tarixli inzibati qaydad tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 05:20 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs ölkə ərazisində elan olunmuş karantin rejimini qaydalarını pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan RespublikasınınİXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməli səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Hesab edirəm ki, Şəxs inzibati cəriə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə zalında azad olunsun. Qərarın icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-850/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-850/2020
26.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver