Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-850/2021 29.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Abşeron Rayon Vəkil Bьrosunun Vəkili, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı, 16.03.2018-ci il tarixli icra vərəqəsinə əsasən 10.02.2017-ci il tarixdən etibarən 18.10.2006-cı il təvəllüdlü X3 və 14.07.2009-cu il təvəllüdlü X1 üçün Şəxs hər uşaq üçün 137 (yüz otuz yeddi) manat olmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməli qət edilmişdir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmədə verdiyi izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı, 16.03.2018-ci il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs hal-hazırda 5000 (beş min) manat borcu vardır. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı, 16.03.2018-ci il tarixli icra vərəqəsinə əsasən 10.02.2017-ci il tarixdən etibarən 18.10.2006-cı il təvəllüdlü X3 və 14.07.2009-cu il təvəllüdlü X1 üçün ondan hər uşaq üçün 137 (yüz otuz yeddi) manat olmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat miqdarında aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməldir. Halbuki 2017-ci ilin 03 iyul tarixindən 14.07.2009-cu il təvəllüdlü X6 04 il olar ki fasiləsiz olaraq onunla yaşayır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının yanında Övladlıq və Qəyyumluq Komissiyasının rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin psixoloji rəyi ilə azyaşlı oğlu X2 onun himayəsinə verilməsi məqsədə müvafiq hesab edilməsini, oğlu X7 bağlı olmasını, nikahlarının pozulmasından dərhal sonra Hüseyn Quliyevin onunla fasiləsiz yaşamasını, təhsil səviyyəsinin artmasını, təlimtərbiyəsinin yaxşılaşmasını və həyat şəraitinin yüksəlməsini nəzərə almayaraq, Abşeron Rayon Məhkəməsi X16in ondan alınaraq anasının himayəsinə verilməsi barədə qətnamə qəbul etmiş, X16i anasına verilməsi üçün iki dəfə Abşeron Rayon İcra və Probasiya şöbəsinə təhvil versə də, hər iki dəfə ona zəng edib geri çağıraraq Hüseyn Quliyevin anasına getmədiyini, ağlayıb huşunu itirdiyini, xəstəxanadan həkim çağırılaraq ona tibbi yardım edildiyini, həmin binanın üçüncü mərtəbəsindən özünü atarkən icraçılar tərəfindən tutularaq xilas edildiyini bildirərək oğlunu özünə qaytarmışlar. Bütün bu hadisələr onun iştirakı olmadan anasının gözləri qarşısında baş vermişdir. X16 fasiləsiz olaraq 2017-ci ilin iyun ayının üçündən onunla birlikdə yaşayır və onun bütün təminatını həyata keçirir. X9 birlikdə yaşasa da, 2 il onun aliment pulunu ödəmişdir. Lakin, 2 ildir ki, onun aliment pulunu ödəmir. Bu isə Hüseyn Quliyevin bütün təminat xərcinin onun tərəfindən ödənildiyinə görədir. Həmçinin, onu da qeyd edir ki, 14 iyul 2019-cu il tarixdə azyaşlı övladlarının onun himayəsinə verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-121/2021 saylı qətnaməsi ilə azyaşlı X16in onun himayəsinə verilməsi və hər ay 120 manat aliment məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Təxminən 3.000 manat aliment pulu yığılmışdır. O, məhkəməyə ərizə yazaraq aliment pulundan imtina etdiyini bildirmişdir. Lakin anasının yanında yaşayan qızı Arzu Quliyevaya hər ay aliment verilməsini davam etdirir. Qızı anasının yanında yaşayır və hər ay onun aliment, hazırlıq fənlərinin, geyim, yemək-içmək, gəzmək, müalicə, planşet, telefon, gündəlik xərclik və digər pullarını vaxtlı-vaxtında ödəyir. Qüvvədə olan qətnaməyə və icra sənədinə əsasən ondan aliment məbləği tutulub tələbkara verilməli, tələbkar isə öz növbəsində həmin aliment məbləğini onun azyaşlı övladı Hüseyn Quliyev üçün xərclənməlidir. X4 yaşadığından, tələbkarla birlikdə yaşamadığından və tələbkarla heç bir münasibətlər olmadığından həmin aliment məbləği təbii ki azyaşlı övladı Hüseyn Quliyev üçün xərclənməyəcək və həmin aliment məbləği tələbkarda qalacaq. Qüvvədə olan qətnamə və həmin qətnamə əsasında qəbul edilmiş icra sənədini üzürlü səbəblərlə icra etmək mümkün olmadığından və əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Aliment, (azyaşlı uşaqlara münasibətdə) tərəflər arasında bağlanmış sazişə əsasən və ya məhkəmə qətnaməsi ilə azyaşlı uşaqların ən azı minumum yaşayış səviyyəsin təmin edilməsi üçün aliment ödəyən şəxsin himayəsindən kənarda yaşayan azyaşlı uşaqlara ödənilməli olan pul məbləğidir. Əgər, azyaşlı, aliment ödəməyə borclu olan şəxslə birlikdə yaşayırsa və onun bütün təminat xərcləri aliment ödəməyə borclu olan şəxs tərəfindən ödənilirsə, qətnamə üzrə ödənilməli aliment məbləği azyaşlıdan kənarda yaşayan və onun üçün bir qəpik belə xərcləməyən və azyaşlının heç bir problemində iştirak etməyən digər valideyinə ödənilməsi qüvvədə olan qanunvericiliyin tələblərini yerinə yetirmir. Əgər, aliment məbləği azyaşlı ilə birlikdə yaşamayan digər tərəfə ödənilərsə bu halda alimentin təyinatında səhvə yol verilər, bu isə maddi normaların və sosial ədalətin kobud şəkildə pozulmasıdır. Odur ki, qeyd olunanları nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı, 16.03.2017-ci il tarixli icra vərəqəsinə əsasən 10.02.2017-ci il tarixdən etibarən 18.10.2006-cı il təvəllüdlü X3 və 14.07.2009-cu il təvəllüdlü X1 üçün Şəxs hər ay hər uşaq üçün 137 (yüz otuz yeddi) manat olmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İş üzrə borclu Şəxs qızı üçün aliment ödəsə də 2017-ci ilin mart ayından oğlu Hüseyn üçün aliment ödəmir. Belə ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və həmin qətnamə hazırda da qüvvədədir. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. AzərbaycanRespublikasıİXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. İnzibati işdə olan, məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanunda nəzərdə tutulmuş göstərişlərini borcu yerinə yetirmişdir. Borclu icra məmurunun cağırışına gəlmiş, borclu qətnamə icraya yönəldiyi vaxtdan başlayaraq aylıq aliment borcunu ödəmişdir. İş materiallarında görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(060)-3548/2017 saylı icra vərəqəsinə əsasən 10 fevral 2017-ci il tarixdən etibarən 18 oktyabr 2006-cı il təvəllüdlü X3 və 14 iyul 2009-cu il təvəllüdlü X1 üçün Şəxs hər uşaq üçün 137 manat, ümumilikdə 234 manat miqdarda aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru F.Murtuzayev tərəfindən qəbul edilmiş 15.01.2018-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(060)-3548/2017 saylı icra vərəqəsinə əsasən icraata başlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2815/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 14 iyul 2009-cu il təvəllüdlü X6 atası Şəxs alınaraq anası Zərərçəkmiş şəxs verilməlidir. Füzuli Rayon Məhkəməsinin 2(064)-121/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsinə əsasən 14.07.2009-cu il təvəllüdlü X2 anası Zərərçəkmiş şəxs alınaraq atası Şəxs verilməlii, cavabdeh X8 30.03.2021-ci il tarixdən etibarən azyaşlı Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şəxs ödənilməlidir. Məhkəmə zamanı müəyyən edildi ki, borclu qətnamə icraya yönələn vaxtdan ötən müddət ərzində tələbkara aliment borcunu ödəmiş, aliment ödənişindən yayınmamışdır. Məhkəmədə tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, borclu alimentin ödənilməsindən imtina edilməsini uşaqlarına baxdığını, onların tələbatını tam şəkildə ödədiyini, aliment borcu yaranan uşağın onun yanında qalması, onun tələbatının özü tərəfindən ödənilməsi ilə əsaslandırmışdır. Tələbkar isə borclunun 2017-ci il tarixdən aliment ödənilmədiyini bildirmişdir. İş materiallarında olan ödəniş qəbzlərinə əsasən borclu şəxs tərəfindən tələbkar şəxsə müxfəlit vaxtlarda və müxtəlif məbləğlərdə aliment ödənişi edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aliment uşağın saxlanılmasından ötrü bir valideyndən uşaq yanında saxlanılan şəxsə ödənilən pul vəsaitidir. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-2815/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 14 iyul 2009-cu il təvəllüdlü X6 atası Şəxs alınaraq anası Zərərçəkmiş şəxs verilməsi qət edilsə də, 2017-ci ilin 03 iyul tarixindən 14.07.2009-cu il təvəllüdlü X6 borclunun yanında qalmış, borclu tərəfindən uşağa baxılmış, onun tələbatını tam şəkildə ödənilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, borclunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Borclu qət edilmiş aliment borcunun ödəniş etməklə qətnamənin icra edilməsinə maneçilik törətməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04.09.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olmasının sübut edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Məhkəmə icra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqa zidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilənəməldir. Məhkəmədə borclunun göstərilən inzibati xətanı törətməsi sübuta yetməmişdir. İcra məmuru borclu borcunu ödəmədiyinə görə onun barəsində inzibati protokol tərtib etmişdir. Halbuki borclu icra məmurunun çağrışına gəlmiş, aliment borcundan ödəniş etmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-850/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-850/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver