Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-851/2020 26.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəis X1, Zərərçəkmiş şəxs Comərd qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxxxxxxxxxxxxxxx" QSC-də mühəndis vəzifəsində çalışan, ünvan 1 mənzil 21 ünvanında qeydiyyatda olan və ünvan 2 mənzil 60 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-ninİTŞ-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X2 bildirdi ki, xx.xx.2020ci il tarixində Şəxs evdə olan zaman keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Comərd qızını döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasındadindirilmiş Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Rəvanə onun keçmiş arvadıdır, onunla 2014-cu ildə ailə qurmuş, birgənikahdan Gülxarə adlı qızları var, hal-hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş- 93" ünvanında birlikdə yaşayırlar, qızları Gülxarənin divarı yazması səbəbindən aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs onun və anasının ünvanına nəlayiq ifadələr işlətmişdir. Sonda o, Zərərçəkmiş şəxs vurmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasındadindirilmiş Zərərçəkmiş şəxs Comərd qızı izahatında bildirdi ki, Şəxs onun keçmiş əridir, xx.xx.2020-ci il tarixdə qızları Gülxarənin divarı yazması səbəbindən aralarında mübahisə yaranmış, nəticədə Emin onun qolundan tutaraq divara çırpmışdır. Sonda o, sonuncudan şikayətçi olduğunu bildirərək məhkəmədən onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki,Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin 782 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Comərd qızının məhkəmə tibbi müayinəsi zaanı bədni üzərində aşkar olunmuş xəsarət-sol bazu nahiyəsinin qançırı- bərk küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əməl əgələ bilərdi:sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsidinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiriişdə iştirak edən şəxsin izahatı və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə eyni zamanda hesab edir ki, inzibati xəta haqqında icraat aparılan şəxsŞəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-851/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-851/2020
26.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver