Məhkəmə qərarları › İş №3(012)-851/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-851/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-851/2023 18.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-in sahə rəisi, X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, ünvan 2-də yaşadıqları evdə, aralarında yaranmış mübahisə zamanı əl zərbələri ilə arvadı Zərərçəkmiş şəxs sifət, baş və bədəninin müxtəlif nahiyəsindən vuraraq, ona fiziki ağrı yetirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-in sahə rəisi, X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı əri Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-nə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci ildə ailə həyatı qurmuşdur. 10 04.2023-cü il tarixdə saat 10:30 radələrində yaşadıqları evdə olan zaman Günay heç bir səbəb olmadan “sən məndən boşanacaqsan” sözlərini deyib mübahisə etməyə başlamışdır. Baş vermiş mübahisə zamanı Günay əsəbiləşdiyi üçün özünü idarə edə bilməmiş, onun üzərinə hücum etdiyi zaman sonuncunun qollarından tutub silkələyib sakitləşdirməyə çalışmış, lakin buna nail ola bilməmişdir. Həmin vaxt Günay səs-küy salıb qışqırdığı üçün huşunu itirmiş və o, sonuncuya köməklik edib özünə gəlməsinə çalışmışdır. Bir qədər sonra Günay özünə gəldiyi üçün o, oradan çıxıb getmişdir. Hazırda zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə xx.xx.2022-ci il tarixdə ailə həyatı qurmuşdur. Həmin vaxt ailələri razı olmadığı üçün toy etməmişdilər. Daha sonra aillərin razılaşmaması səbəbindən aralarında heç bir səbəb mübahisələr yaranmağa başlamışdır. Lakin son 10 gun ərzində münasibətləri daha da kəskinləşmiş və pozulma həddinə çatmışdır. Buna səbəb Nicatın ailə üzvləri ona zəng edərək barəsində ondan ayrılması üçün sözlər dedikləri üçün yaşadıqları evdə onu söyüb təhqir etmişdir. O, Nicatdan nə üçün belə etdiyini soruşduğu zaman sonuncu “sən mənə cavab qaytarırsan deyə söyürəm” cavabını vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində yaşadıqları evdə olan zaman Nicat heç bir səbəb olmadan onu söyüb təhqir etmiş və üzərinə hücum edərək sillə-yumruqla bədənin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşdür. Bundan sonra onun mobil telefonunu aldığı üçün heç bir quruma şikayət edə bilməmişdir. Sonra o, Nicatın səhvini başa düşməsini gözləmiş, lakin sonuncu səhvini başa düşmədiyi üçün DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir.. Hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsin tərəflərin barışmasını nəzərə alaraq, başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində sağlamlığa zərər vurmayan xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X7 rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 696 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı, onun bədəni üzərində aşkar edilmiş xəsarət - sol gizgah hər iki bazu və sol baldır naiyyəllərinin qançırları, üst dodağın selikli qişasının səthi əzilmiş yarası bər-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023 -ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 157-ci maddəsində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar